Gürcüstanın Müdafiə Qüvvələri komandanı Bakıdadır – FOTO 

Gürcüstanın Müdafiə Qüvvələri komandanı Bakıdadır – FOTO 

Hazırda oxunan: Gürcüstanın Müdafiə Qüvvələri komandanı Bakıdadır – FOTO 

121752

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili Əməliyyat (Komando) və Hərbi Hava Qüvvələri (HHQ) hərbi hissələrini ziyarət ediblər.

Bizim.Media-ya bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, əvvəlcə Komando hərbi hissəsinə gələn nümayəndə heyəti burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək ehtiram nümayiş etdirib.
Hərbi hissənin döyüş yolu və şəxsi heyətin hazırlıq prosesi haqqında ətraflı brifinq təqdim edildikdən sonra qonaqlar hərbi qulluqçular üçün yaradılan şərait və döyüş texnikası ilə tanış olub, hərbi hissənin təlim mərkəzində komandoların nümunəvi çıxışlarını izləyib.

Sonra nümayəndə heyəti HHQ-nin pilotsuz uçuş aparatları hərbi hissəsinə gələrək silahlanmada olan hərbi texnika ilə tanış olub.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkili çəkdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO