Bayden Kiyevə qəfil niyə gəldi? – Səfərin TƏFƏRRÜATI

Bayden Kiyevə qəfil niyə gəldi? – Səfərin TƏFƏRRÜATI

Hazırda oxunan: Bayden Kiyevə qəfil niyə gəldi? – Səfərin TƏFƏRRÜATI

121524

Bir müddətdir mətbuatda ABŞ Prezidenti Co Baydenin Polşaya səfər edəcəyilə bağlı məlumatlar yer alsa da, Amerika lideri gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə səfər edib. 

Qeyd edək ki, bu səfər barədə əvvəldən heç bir məlumat yayılmayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarını Mixaylovsk meydanında qarşılayıb. Hazırda Baydenlə Ukrayna lideri arasında Kiyevin Mixaylovski kilsəsində görüş keçirilir. 

Müharibə başlayan bir il ərzində Kiyevə Avropanın çoxsaylı ölkə liderləri gəlib. Böyük Britaniya baş naziri, Almaniya Prezidenti, Fransa Prezidenti, BMT Baş katibi, Polşa Prezidenti və Aİ liderləri bu müddət ərzində bir neçə dəfə Kiyevə səfər ediblər. Amma ABŞ Prezidenti ilk dəfdir ki, Ukraynaya gəlir. 

Bizim.Media-ya açıqlamasında politoloq İlqar Vəlizadə düşünür ki, Baydenin Kiyevə səfəri ilk növbədə özünün gələcək siyasi karyerası baxımından mühüm əhəmiyyət kəsb edir:

“Səfərdən əvvəl müxtəlif mənbələr tərəfindən Baydenin Ukrayna səfərinin mümkünlüyü ilə bağlı bir sıra fikirlər səslənib. Bütün hallarda bu səfər Ukrayna-Rusiya müharibəsi, həm də ABŞ daxili siyasi proseslər prizmasından baxanda əhəmiyyətli səfərdir. 2023-2024-cü illər ABŞ üçün daxili-siyasi müstəvidə vacib, kritik illərdir. Gələ ilin sonlarında bu ölkədə növbəti Prezident seçkiləri olacaq.

Baydenin rəqibləri onun səhətində problemlər olduğunu bəyan edir. Bayden isə bu səfərlə rəqiblərinə göstərir ki, nəinki formadadır, hətta belə cəsarətli səfərlər edə, addımlar da ata bilər. Yəni Baydenin Kiyevə səfəri ilk növbədə özünün gələcək siyasi karyerası baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla Bayden Ukraynaya sona qədər dəstək göstərəcəyini də nümayiş etdirmək istəyir. Amma Ukraynaya dəstək silah və hərbi texnika ilə lazımdır”. 
Amma həmsöhbətimiz Baydenin Kiyev səfərinin Ukrayna cəbhəsində əsaslı dönüşə səbəb olacağını düşünmür:

“Bu siyasi fona hesablanmış səfərdir. Ukraynanın döyüşdə dönüş yaratması üçün isə silah, tank və təyyarələr lazımdır. Bu səfərlər cəbhədə real olaraq heç nəyi dəyişmir”.  

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO