“Minsk Qrupu artıq pensiyaya çıxıb və faktiki olaraq mövcud deyil”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışı zamanı söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Prezidentdən “Naqorno Qarabağ” sözünə SƏRT REAKSİYA: “Azərbaycanda belə ərazi yoxdur” - VİDEO
“Minsk Qrupu artıq pensiyaya çıxıb və faktiki olaraq mövcud deyil. Ola bilsin, yalnız kağız üzərində mövcuddur. 28 il ərzində heç bir nəticə verməyən Minsk Qrupunun sabiq həmsədrlərinin vəziyyətə təsir göstərmək üçün hələ də bəzi vasitələri var. Buna görə də bizim Birləşmiş Ştatlar, Rusiya və indi həm də Avropa İttifaqı tərəfindən təşkil edilən platformamız var”, - deyə dövlətimizin başçısı vurğulayıb.
O, qeyd edib ki, Fransa hökumətinin birtərəfli ermənipərəst mövqeyi səbəbindən o, artıq orada yoxdur:
“Bu da aydındır, sən vasitəçisənsə, kiminsə tərəfini saxlaya bilməzsən. Siz kiminsə tərəfini saxlamağınızı nümayiş etdirə bilməzsiniz”.
Bizim.Media