“Bəziləri bölgəmizdə yaranmış yeni reallıqlarla barışmaq istəmirlər, amma məcbur barışacaqlar” – İlham Əliyev 

“Bəziləri bölgəmizdə yaranmış yeni reallıqlarla barışmaq istəmirlər, amma məcbur barışacaqlar” – İlham Əliyev 

Hazırda oxunan: “Bəziləri bölgəmizdə yaranmış yeni reallıqlarla barışmaq istəmirlər, amma məcbur barışacaqlar” – İlham Əliyev 

121284

“İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə də vəziyyət tamamilə dəyişdi. Yeni reallıqlar ortaya çıxdı və əlbəttə, biz hazır olmalıyıq ki, bu reallıqlarda öz mövqeyimizi daha da gücləndirək”.

Bizim.Media xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Münxendə "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına müsahibəsində söyləyib.

Cənubi Qafqazda təhlükəsizliklə bağlı sualı cavablandıran dövlətimizin başçısı deyib:

“Bugünkü panel müzakirəsi bir daha onu göstərdi ki, bəziləri bu reallıqlarla barışmaq istəmirlər, amma məcbur olub barışacaqlar. Çünki biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər əlbəttə ki, yeni yanaşmaları tələb edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO