“Yəqin ki, nəzarət-buraxılış məntəqələrini ikitərəfli qaydada Ermənistan-Azərbaycan sərhədində yaratmaq təklifini müzakirə etmək üçün onlara bir qədər vaxt lazımdır”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxendə televiziya kanallarına müsahibəsində bildirib.
“Amma ilkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur. Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da əlbəttə ki, önəmli amildir.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində plenar iclasda iştirak edir - CANLI
Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil.
Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır”, - deyə ölkəmizin başçısı qeyd edib.
Bizim.Media