İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək

İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək

Hazırda oxunan: İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək

120637

Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər və energetika nazirləri Ceyhun Bayramov və Pərviz Şahbazov Münhen Təhlükəsizlik Konfransı 2023-ün iştirakçıları elan edilib.

Bizim.Media “İnterfaks-Azərbaycan” agentliyinə istinadən xəbər verir ki, onların adları tədbir iştirakçılarının dərc olunmuş siyahısında yer alıb.

Mənbə siyahıda Gürcüstan və Ermənistanın baş nazirləri İrakli Qaribaşvili və Nikol Paşinyanın da adlarının olduğunu qeyd edib.

Münhen Təhlükəsizlik Konfransında, həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa İttifaqı diplomatiyasının rəhbəri Josep Borrell, Avropa Parlamentinin sədri Roberta Metsola və Avropa Şurasının sədri Şarl Mişel, ABŞ-ın vitse-prezidenti Kamala Harris və Fransa prezidenti Emmanuel Makron və  İtaliyanın baş naziri Giorgia Meloninin iştirakı gözlənilir.

Xatırladaq ki, Münhen Təhlükəsizlik Konfransı 2023-cü il fevralın 17-dən 19-dək Münhendə keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO