Fitnəkar Rusiya  - İşğalçı SSRİ-nin acgöz varisi...

Fitnəkar Rusiya - İşğalçı SSRİ-nin acgöz varisi...

Hazırda oxunan: Fitnəkar Rusiya - İşğalçı SSRİ-nin acgöz varisi...

120568
Qars muqaviləsindən yazan jurnalistlər bu tarixi fakta da nəzər yetirsinlər. Hələ o zaman qalib Rusiyanın cəhdləri boşa çıxdı. Indiki durumda bu nə qədər real görünür? Ingiltərənin boyuk səyi nəticəsində SSRI - nin bu kələyi baş tutmadı. 

Qars müqaviləsi müddətsiz imzalanmış və bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Qars müqaviləsi imzalandıqdan sonra, Naxçıvan Muxtar status almasına baxmayaraq, Ermənistan müqavilənin bu maddəsini tanımamağa cəhd göstərir. 
Qars müqaviləsi ilə Türkiyənin şimal-şərq sərhədləri dəyişilməz qaldı. Türkiyə ərazi baxımından heç bir güzəştə getmədi. Naxçıvanla bağlı məsələ isə öz həllini tapdı...

Xatırlatmaq yerinə düşər ki, II Dunya müharibəsindən sonra SSRİ Qars müqaviləsinin ləğv olunmasına və Türkiyəyə verilmiş ərazilərin geri qaytarılmasına cəhd göstərdi...

1945-ci ilin iyununda SSRİ-nin Xarici işlər naziri V. Molotov Moskvadakı Türkiyə səfirinə Türkiyəyə verilmiş ərazilərin geri qaytarılması tələbi ilə müraciət etdi. Bu tələb Türkiyəni çıxılmaz vəziyyətdə qoyurdu: o, bir tərəfdən faşizm üzərində qələbədən sonra beynəlxalq nüfuzunu daha da artırmış SSRİ ilə münasibətləri korlamaq, digər tərəfdən isə mübahisəli ərazilərdən əl çəkmək istəmirdi. 

Bəzi ingilis diplomatları hələ 1939-cu ildə SSRİ-nin Qars müqaviləsinin ləğvi məsələsini gündəmə gətirəcəyini proqnozlaşdırmışdı. Türkiyə müharibədən sonra fövqəlgüc kimi meydana çıxan Sovet İttifaqı ilə müharibəyə başlamaq istəmirdi. Artıq 1945-ci ilin payızında Qafqazdakı Sovet qoşunları Türkiyəyə hücuma başlamaq üçün əmr gözləyirdilər.

Hətta SSRİ - nin iddiaları ermənilər tərəfindən II Dünya Müharibəsinin qalib dövlətlərinin liderlərinə də çatdırılmışdı. Lakin İngiltərənin baş naziri U. Çörçill buna qarşı çıxış etdi, çünki əlavə ərazilərin əldə edilməsi onsuz da müharibədən sonra nüfuzunu artırmış SSRİ-nin öz təsirini daha da möhkəmləndirməsinə təkan verə bilərdi. ABŞ Prezidenti H. Truman isə məsələnin başqa tərəflərə aidiyyəti olmamasına əsaslanaraq bitərəflik nümayiş etdirməyi üstün tutdu. Nəhayət, SSRİ Türkiyəyə qarşı olan ərazi iddialarından əl çəkdi.

Əvəz Həsənov, politoloq
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO