İrandakı səfirliyimizdə törədilən terrorun iştirakçıları məsuliyyətə cəlb olunmalıdır – Baş Prokuror

İrandakı səfirliyimizdə törədilən terrorun iştirakçıları məsuliyyətə cəlb olunmalıdır – Baş Prokuror

Hazırda oxunan: İrandakı səfirliyimizdə törədilən terrorun iştirakçıları məsuliyyətə cəlb olunmalıdır – Baş Prokuror

120395

Baş prokuror Kamran Əliyev İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazeri ilə telefon danışığında Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktını pisləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında qeyd olunub.

Məlumatda bildirilir ki, Kamran Əliyev Azərbaycanın aidiyyəti istintaq qurumunda cinayət işinin istintaqının davam etdiyini həmkarının diqqətinə çatdırıb. 

Baş prokuror İran tərəfindən cinayət işinin tam və hərtərəfli araşdırılmasının, bütün iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunmasının, bu terror aktının törədilməsinə səbəb və şəraitinin araşdırılmasının zəruriliyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO