Prezident San-Marinonun yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

Prezident San-Marinonun yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

Hazırda oxunan: Prezident San-Marinonun yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

120351


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də San-Marino Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Con Matsanın etimadnaməsini qəbul edib.

Bizim.Media xəbər verir ki, səfir Con Matsa etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi, turizm sahələrində əlaqələrin genişləndirilməsi üçün imkanlar mövcuddur və bu xüsusda təmaslar daha da fəallaşdırılıb.

Prezident İlham Əliyev San-Marino rəhbərlərinin 2015-ci ildə Azərbaycana səfərini məmnunluqla xatırladıb, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına müsbət təsir göstərəcəyinə ümidvarlığını ifadə edib.

Səfir Con Matsa ölkələrimiz arasında əlaqələrin inkişafı üçün böyük imkanların olduğunu vurğulayıb, San-Marinonun Azərbaycanla münasibətləri dərinləşdirməkdə, siyasi, həmçinin mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib. Səfir bundan sonra mütəmadi əsasda Azərbaycana səfər edəcəyini, aidiyyəti dövlət orqanları ilə görüşlər keçirəcəyini və əlaqələrimizin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

San-Marinonun İtaliya ilə də çox sıx əlaqəsinin olduğunu vurğulayan diplomat bu çərçivədə də ölkələrimiz arasında xüsusilə təhsil və turizm sahələrində əməkdaşlıq üçün imkanların mövcudluğunu diqqətə çatdırıb.

Dövlətimizin başçısı öz növbəsində bildirib ki, ölkəmizin həm İtaliya, həm də Vatikan ilə çox yaxşı münasibətləri var. İtaliya-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir. Prezident İlham Əliyev, həmçinin özünün Vatikana və Roma papalarının Azərbaycana səfərlərini məmnunluqla xatırladıb. Bu əsnada ölkələrimiz arasında yaxşı əməkdaşlıq imkanlarının olduğunu qeyd edib. Dövlətimizin başçısı Azərbaycan ilə San-Marinonun işgüzar dairələri arasında birbaşa əlaqələrin yaradılması, San-Marinonun turizm imkanlarının ölkəmizdə təqdim olunması, habelə təhsil sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO