Azərbaycanlı nazir ərəb həmkarlarını Bakıdakı Zirvə Görüşünə dəvət etdi

Azərbaycanlı nazir ərəb həmkarlarını Bakıdakı Zirvə Görüşünə dəvət etdi

Hazırda oxunan: Azərbaycanlı nazir ərəb həmkarlarını Bakıdakı Zirvə Görüşünə dəvət etdi

120009

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasına işgüzar səfəri çərçivəsində ölkəmizin Qoşulmama Hərəkatının (QH) sədrliyi qismində Ərəb Dövlətləri Liqasının “Qüds şəhəri və onun əhalisinə dəstək” mövzusunda yüksək səviyyəli beynəlxalq konfransında iştirak edib. C.Bayramov ərəb ölkələrindən olan həmkarlarını Hərəkatın Bakıda keçiriləcək COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə ən yüksək səviyyədə iştiraka dəvət edib.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, konfransda çıxış edən nazir Ceyhun Bayramov, Fələstin məsələsinin beynəlxalq hüquq normalarına, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnamə və müvafiq qətnamələrinə uyğun olaraq öz həllini tapmasının vacib olduğunu bildirilib. Bu xüsusda, məsələnin həlli istiqamətində beynəlxalq konsensusun əldə olunması üçün birgə diplomatik səylərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Ceyhun Bayramov Azərbaycanın Fələstin-İsrail münaqişəsinin iki dövlət modeli əsasında sülh yolu ilə həllini dəstəklədiyini bildirib. 3 din üçün müqəddəs yerlərin yerləşdiyi Qüdsün qorunmasının gələcəkdə burada əhalinin sülh şəraitində birgə yaşayışına töhfə verəcəyinə dair inam ifadə olunub.
Fələstin məsələsində Azərbaycanın İslam həmrəyliyinə sadiqliyinin nümunəsi kimi Fələstin Dövlətinə yardım məqsədilə bir çox beynəlxalq konfransa ev sahibliyi, həmçinin davamlı olaraq, xüsusilə COVID-19 pandemiyası ilə mübarizədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə dəstəyi xatırlanıb.

C.Bayramov, həmçinin Konfrans iştirakçılarını post-pandemiya dövründə qlobal bərpa mövzusunun müzakirəsi üçün mühüm fürsət kimi növbəti ay Bakıda keçiriləcək QH-nın COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə ən yüksək səviyyədə iştiraka dəvət edib.

Daha sonra, konfrans iştirakçıları tərəfindən gündəlikdə duran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO