Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Kahramanmaraşa səfərilə bağlı Bizim.Media xəbər verir ki, nazir rəsmi “Twitter” hesabında Kahramanmaraşda fəaliyyyət göstərən həkimlərimizə təşəkkür etdiyini qeyd edib:
“Kahramanmaraşa səfərim zamanı Azərbaycan tərəfindən zəlzələ nəticəsində xəsarət almış qardaşlarımıza xidmətlərin göstərilməsi məqsədilə göndərilmiş səhra xəstəxanasını ziyarət etdim, xəstəxanada çalışan bütün əməkdaşlara yorulmaz fəaliyyətlərinə görə minnətdarlığımı bildirdim”.
Bizim.Media
Kahramanmaraşa səfərim zamanı #Azərbaycan tərəfindən zəlzələ nəticəsində xəsarət almış qardaşlarımıza xidmətlərin göstərilməsi məqsədilə göndərilmiş səhra xəstəxanasını ziyarət etdim, xəstəxanada çalışan bütün əməkdaşlara yorulmaz fəaliyyətlərinə görə minnətdarlığımı bildirdim. pic.twitter.com/QqGt27HlVj
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) February 11, 2023