“44 günlük müharibə zamanı da Türkiyə Azərbaycanın yanında idi” – Ceyhun Bayramov 

“44 günlük müharibə zamanı da Türkiyə Azərbaycanın yanında idi” – Ceyhun Bayramov 

Hazırda oxunan: “44 günlük müharibə zamanı da Türkiyə Azərbaycanın yanında idi” – Ceyhun Bayramov 

119895

“44 günlük müharibə zamanı Mövlud bəy düz 5 dəfə Azərbaycana səfər etdi, bizim yanımızda oldu. Bizi heç tək buraxmadı”. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında qeyd edib. 

Nazir bildirib ki, Azərbaycan bu dəstəyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, hər bir türk vətəndaşından görüb: 

“Heç kim istəməz ki, belə faciəli günlər baş versin. Ancaq sevincli günlərdə bir yerdə olduğumuz kimi, qardaşlıq borcumuzdur ki, ağır günlərdə də bir-birimizin yanında olaq. Bizim xalqlarımız, dövlətlərimiz bunu bütün dünyaya sübut etdi”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO