Azərbaycan XİN Ararat Mirzoyanın iddialarını təkzib etdi

Azərbaycan XİN Ararat Mirzoyanın iddialarını təkzib etdi

Hazırda oxunan: Azərbaycan XİN Ararat Mirzoyanın iddialarını təkzib etdi

119488

“Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın yaxın gələcəkdə görüşmələrinə dair hələ ki, məlumat yoxdur”.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

Onun sözlərinə görə, görüşlə bağlı məlumat hələ ki, təsdiqlənməyib.

Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fevralın 8-də bildirmişdi ki, yaxın vaxtlarda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla növbəti görüş planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO