İlham Əliyev Dubaya səfər edəcək

İlham Əliyev Dubaya səfər edəcək

Hazırda oxunan: İlham Əliyev Dubaya səfər edəcək

119478

Dünya Hökumətinin (World Government Summit 2023 / WGS 2023) bu ilki sammiti fevralın 13-15-də Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) keçiriləcək. Təşkilatçılar Azərbaycan Prezidenti İlham Əliyevin iştirakını gözləyirlər.

Bizim.Media “İnterfaks-Azərbaycan” agentliyinə istinadən xəbər verir ki, bu barədə informasiyanı BƏƏ-nin Nazirlər Kabinetinin naziri, WGS sədri Məhəmməd bin Abdullah Əl Gerqavi yayıb.

Sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Misir Prezidenti Əbdül Fəttah əs-Sisi, Seneqal Prezidenti və Afrika İttifaqının sədri Maki Sall, Paraqvay Prezidenti Mario Abdo Benites də daxil olmaqla 20 prezidentin iştirakı gözlənilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO