Türkiyəyə yardımda şəxsən iştirak edən PARTİYA SƏDRLƏRİ kimlərdir?

Türkiyəyə yardımda şəxsən iştirak edən PARTİYA SƏDRLƏRİ kimlərdir?

Hazırda oxunan: Türkiyəyə yardımda şəxsən iştirak edən PARTİYA SƏDRLƏRİ kimlərdir?

119244

Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ ilə əlaqədar olaraq Azərbaycan xalqı da səfərbər olub, insanlarımız əllərindən gələn bütün dəstəyi göstərirlər. Artıq bütün ölkə üzrə yardım kampaniyası vüsət alıb. Xeyli sayda insan Türkiyə xalqına dəstək kampaniyasına qoşulub.

Görəsən, siyasi partiyalar necə, bu tədbirdə iştirak edirmi?

Bizim.Media-ya açıqlamasında AXP sədri Pənah Hüseyn deyir ki, hazırda ayrı-ayrı partiya üzvləri fərdi şəkildə yardım kampaniyasına qoşulub:

“Hazırda partiya üzvlərimiz tərəfindən toplanan müəyyən vəsaitin bank vasitəsilə Yardım Fonduna köçürülməsini həyata keçirirəm. Yardım kompaniyasını imkan daxilində davam etdirəcəyik”.
AG Partiyanın sədri Tural Abbaslı bu gün məsələ ilə bağlı olaraq Ziraət Bankına müəyyən məbləğ köçürəcəklərini dedi:

“Partiya üzvləri ayrı-ayrılıqda sərbəst şəkildə bu işdə aktivlik nümayiş etdirir. Bu məsələ rayon təşkilatlarının öz qərarlarına buraxılıb. Amma Mərkəzi Qərargah olaraq da Ziraət Bankasındakı Türkiyənin Fövqəladə Hallar Nazirliyinin hesabına bəlli məbləğ köçürəcəyik. Maddi dəstək fikrimcə, daha effektivdir”.

AMİP sədrinin müavini Əli Orucov isə düşünür ki, zəlzələdən zərər çəkmiş insanlara yardım etmək üçün hansısa siyasi təşkilatın hansısa kampaniya aparmasına ehtiyac yoxdur.

“Bu fərdi qaydada da həyata keçirilə bilər. Partiya üzvlərimiz fərdi qaydada bu prosesdə fəal iştirak edir. Əsas odur ki, yardım olsun, onu kimin etdiyi vacib deyil”.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə özü prosesdə şəxsən iştirak edib:

“Hazırda təşkilatımızda müəyyən yardım toplanır. Müəyyən vəsaitlər də zəruri hesablara köçürülür. Milli Məclis Türkiyəyə generatorların göndərilməsi təşəbbüsü ilə çıxış edib. Oradan müəyyən vəsait köçürdüm”. 
KXCP sədri Mirmahmud Mirəlioğlu yardım kampaniyasına qoşulacaqlarını bəyan etdi:

“Türkiyəyə yardım kampaniyasına partiya üzvlərimiz fərqi şəkildə qoşulublar və onlar bu prosesdə aktivdirlər. Partiya olaraq da qardaşlarımıza dəstək olacağıq”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO