Türkiyənin Azərbaycandakı səfirliyində matəm kitabı açılıb

Türkiyənin Azərbaycandakı səfirliyində matəm kitabı açılıb

Hazırda oxunan: Türkiyənin Azərbaycandakı səfirliyində matəm kitabı açılıb

119231

Zəlzələ zamanı çox sayda insan ölümü ilə əlaqədar olaraq Türkiyənin Azərbaycandakı səfirliyində matəm kitabı açılıb.

Bizim.Media xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin inzibati binasında dövlət bayrağı endirilib.

Bakı sakinləri səfirlik önünə gül dəstələri düzərək qardaş ölkədə baş vermiş zəlzələ zamanı həlak olanların xatirəsini ehtiramla yad edirlər.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində son məlumatlara görə, 8 574 nəfər həlak olub, 49 133 nəfər xəsarət alıb, 6 444 bina dağılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO