İllüziyaların sonu: - Erməni xalqı reallığa qayıtmalıdır - ŞƏRH

İllüziyaların sonu: - Erməni xalqı reallığa qayıtmalıdır - ŞƏRH

Hazırda oxunan: İllüziyaların sonu: - Erməni xalqı reallığa qayıtmalıdır - ŞƏRH

11923

Son günlərdə Ermənistan ictimaiyyəti yüksək vəzifəli şəxslərin Ermənistanda tabu hesab olunan bir sıra məsələlər barəsində fərqli açıqlamalarının şahidi olur. 

Ermənistan Təhsil nazirinin müavini Janna Andreasyan televiziya müsahibələrinin birində Ermənistan tarixində mühüm yerə malik olan Qarigen Nijdeni və onun ideologiyası haqqında tənqidi fikirlər səsləndirib.

Nazir müavini açıqlamasında “Nijde ideologiyası, əslində, faşist bir ideologiyadır” deyə qeyd edib. XXI əsrin cəmiyyəti olaraq Ermənistan üçün bu ideologiyanın çox təhlükəli olduğunu bildirən Andreasyan, bu ideologiyanın dünyaya qarşı aqressiya, özünü dünyadan təcrid etmə və digər cəmiyyətlər üzərində üstünlük nümayiş etdirmək prinsipləri əsasında qurulduğunu da əlavə edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər "Xudavəng" monastırını ziyarət etdi - VİDEO


Yaxın günlərdə Ermənistan iqtisadiyyat naziri Vaan Kerobyan da Qarabağda vuruşmaq üçün könüllü olaraq getdiyini və gördüklərindən dəhşətə gəldiyini bildirmişdi.

O, “Hər şeyi öz gözlərimlə gördüm və bunun 30 il əvvəlki hərəkətlərimizin nəticəsi olduğunu başa düşdüm”, deyə fikir bildirib.

Hazırda məğlubiyyət erməni ictimaiyyətinin qəbul etməkdən qorxduğu bir məsələdir. Çünki erməni ictimaiyyətinin 44 gün ərzində şahidi olduğu Ermənistanla, son 30 ildə onlara göstərilən və haqqında danışılan “Böyük Ermənistan” arasında çox böyük uçurum var.

30 ilə yaxındır ki, rəsmi təbliğatla bütün Qafqazın “yenilməz ordusu”na sahib olduqlarını söyləyən, “qalib ölkə” obrazı yaradan hakimiyyət nümayəndələri bir anda acı reallığı erməni xalqına anlatmağın lazım olduğu qənətinə gəliblər.

Son günlərdə separatçıların lideri kimi tanınmış Araik Arutyunuyanın da konstruktivliyə yaxınlaşma cəhdləri, Azərbaycan hökuməti qarşısında 30 illik bir dövürlə bağlı hesabat verməsi təqdirə layiq hesab olunur.

Lakin erməni ictimaiyyətindən hazırda belə məsələlərə ciddi anlayış göstərəcəyini gözləmək tezdir.

Müharibə yaraları qaysaq tutmayıb və öncəki ideoloji basqıya qarşı çıxmaq vətənə xəyanət anlamına bərabər tutulur.

Daşnakstyun və bir çox millətçi qüvvələr var ki,  “Böyük Ermənistan” xülyasına erməni xalqının birliyini təmin edən əsas amil kimi baxırlar.

Hesab edirlər ki, belə sərsəm ideyalar sıradan çıxarsa, Ermənistanın varlığı üçün ciddi problem yaranacaq.

Amma yeni nəsil siyasi qüvvələr  dəyişən reallıqların və güc nüsbətinin fonunda hələ də “Böyük Ermənistan”, Qarigen Nijde xülyasında yaşamağın gələcəyə və dünyaya inteqrasiyaya mane olduğunu, Ermənistan dövlətini dalana dirədiyinin fərqindədirlər.

Əgər erməni cəmiyyəti bu reallığı qəbul etməkdə nə qədər gecikəcəksə, bu Ermənistanın özü üçün ciddi təhlükə mənbəyinə çevriləcək.

Bu baxımdan Ermənistanın yüksək vəzifəli məmurlarının, cəmiyyətinin bir addım öncə yeni reallıqlara qayıtmasında fayda var. 

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO