“Qarabağa görə Xocalı qatilləri ilə də görüşmüşük” – Pənah Hüseyn

“Qarabağa görə Xocalı qatilləri ilə də görüşmüşük” – Pənah Hüseyn

Hazırda oxunan: “Qarabağa görə Xocalı qatilləri ilə də görüşmüşük” – Pənah Hüseyn

11910

“Diqqət etdinizsə, Azərbaycan tərəfi rəsmi açıqlama vermədi. Məncə haqlı qərardır. Çünki buna sıradan, texniki xarakterli görüş kimi baxılır”.

Bizim.Media xəbər verir ki, bu sözləri bir zamanlar Azərbaycanın baş naziri olmuş Pənah Hüseyn canlı debatların birində söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Xocalı abidəsi” ziyarətə hazırdır – Qərarı Operativ Qərargah verəcək


Əlavə edib ki, görüşdə Arutyunyan iştirak etsə də, əsas tərəf Ermənistanın təhlükəsizlik xidmətinin rəhbəri olub: 

“Bir tərəfdən təkrar edirəm - əlbəttə ki, bu canidir. Onun haqqında cinayətkar hökmümüz var. Amma bu məsələlərdə proses mürəkkəbdir. Mənə bu barədə danışmaq niyə asandır?

Çünki axı biz də (1993-cü ilin oktyabrına qədərki Azərbaycan hökuməti) ermənilərlə görüşmüşük.

Onlar Azərbaycana qarşı heç də Araikdən az cinayət törətmiş insanlar deyildi. 
Sonralar Köçəryan, Sarqsyanla da oturulub. Son iki ad birbaşa Xocalı soyqırımını törədənlərdəndir. Məcburuq, proses belədir.”

Nümunə kimi Pənah Hüseyn 1993-cü ilin may ayında Moskvada baş tutan görüşdə Qukasyanı gördüyünü bildirdi. 

“Açıq deyim, proses gedir və belə addımlar olacaq. Əsas Bakı üçün niyyət və strategiyanın nədən ibarət olmasıdır.

Əgər sülhməramlıların səlahiyyət zonası hesab olunan ərazilərin Azərbaycana qaytarılmasından söhbət gedirsə, motiv budursa, olar.

Digər variantlara isə inanmıram. Çünki Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasını ehtiva edən hər hansı bir addım mümkün deyil. 

Bizim tələbimiz addımın niyə atıldığı yox, məsələnin tez həll olunmasıdır. Tənqid lazımdır, amma hər şeyin həddi var.

Məncə bu görüş ətrafında panika yaratmağa dəyməz”, - deyə Pənah Hüseyn məsələyə münasibət bildirdi. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO