"Azərbaycan xalqı ilk yardım göstərənlərdən oldu" - Türkiyənin Gəncədəki Baş Konsulu

Hazırda oxunan: "Azərbaycan xalqı ilk yardım göstərənlərdən oldu" - Türkiyənin Gəncədəki Baş Konsulu

119031

“Türkiyə güclü zəlzələdən sonra ağır günlərini yaşayır. Bu, dövlətimizin tarixində ən böyük dağıntı və insan tələfatı ilə nəticələnən bir fəlakətdir.  Ən ağır dəqiqələrimizdə yenə də ilk yardım əlini uzadan azəri qardaşlarımız oldu.

Fəlakət baş verən gecə 1 təyyarə, bu gün iki təyyarə ilə, sabah da daha iki təyyarə ilə Azərbaycan xalqı öz köməkliyini ilk edənlərdən oldular. Həm canlı qüvvə ilə, həm də lazımı texnika ilə dəstək oldular”. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu açıqlamanı Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop verib.

Onun sözlərinə görə, azərbaycanlı qardaşlarının dəstəyi tək bununla bitmir. 

“Bu gün Gəncədə minlərlə insan Türkiyənin konsulluğuna axışır, zəlzələ nəticəsində həyatını itirən türk qardaşlarını yad edir, öz kömək və dəstəklərini ifadə edirlər. Bura toplaşan insanlar kədərimizə şərik olaraq, Türkiyə Azərbaycan qardaşlığını bir daha nümayiş etdirirlər.
İnsanlar bura gələrkən hər zaman istənilən şəraitdə yardımçı ola biləcəklərini dilə gətirdilər. Yardım etmək üçün Türkiyə dövləti tərəfindən mərkəzləşdirilmiş şəkildə AFAD-ın koordinatorluğu ilə mərkəz mövcuddur. Maddı yardım etmək üçün həm türk lirəsi, avro, həm də dollar hesabları açılıb ki, hər kəs öz köməkliyini sözügedən hesablara yatıra bilər".

Həmçinin bildirilib ki, yardım etmək istəyənlər üçün sosial media hesablarında bununla bağlı paylaşımlar olacaq.

"Digər ləvazimatlarla köməklik etmək istəyənlərə də öz minnətdarlığımızı bildiririk. İnşallah ki, bu ağır günləri qardaşlarımızla ələ-ələ verib geridə qoyacağıq. Bir daha bu ağır günlərdə bizimlə olan hər kəsə təşəkkürümüzü bildiririk”, -deyə konsul bildirib. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO