Səfirliyimizə hücumun yeni görüntüləri hansı faktları üzə çıxardı? – Terror aktının TAM TƏFƏRRÜATI

Səfirliyimizə hücumun yeni görüntüləri hansı faktları üzə çıxardı? – Terror aktının TAM TƏFƏRRÜATI

Hazırda oxunan: Səfirliyimizə hücumun yeni görüntüləri hansı faktları üzə çıxardı? – Terror aktının TAM TƏFƏRRÜATI

118979

Xəbər verdiyimiz kimi, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən hücumun yeni görüntüləri üzə çıxıb. Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilən video terror aktının təfərrüatlarını daha aydın şəkildə gözlər önünə sərib.

Eyni zamanda hücum zamanı xəsarətlər almış səfirlik əməkdaşları Vasif Tağıyev və Mahir İmanovun açıqlamaları da bir sıra məsələlərə aydınlıq gətirib.

İlk növbədə onu qeyd edək ki, yeni təqdim olunan dəlillər hadisənin mütəşəkkil qaydada terror hücumu olduğunu deməyə əsas verir.
 

MÖVZU İLƏ BAĞLI:

“Səfirliyimizə hücum edən terrorçu polisə işarə etdi və binaya daxil oldu” - VİDEO


Çünki

- Terrorçu səfirliyə hücuma başlamadan öncə iki dəfə binanın önündən keçib. Yalnız, səfirlik əməkdaşları binaya daxil olduqlarını gördükdə maşını diplomatların avtomobilinə çırparaq, hərəkətə keçir. 

- Səfirliyə hücum edən terrorçu Yasin Hüseynzadənin üzərində “Kalaşnikov” markalı avtomatla yanaşı, ehtiyat üçün tapança da olub. Vasif Tağıyev avtomatı terrorçunun əlindən aldıqdan sonra, o tapançaya əl atıb və əməkdaşımızı həmin silahla yaralayıb.

- Yasin Hüseynzadə hücumdan öncə səfirliyin önündəki polisə əli ilə işarə verir və dayanmasını bildirir. Polis də terrorçunun tapşırığına əməl edir.

- Səfirlik əməkdaşlarımızın açıqlamaları və videogörüntülər terrorçunun binadan çıxarıldıqdan sonra da atəş açmağa davam etdiyini və diplomatların ailələrinin yaşadıqları otaqları atəşə tutduğunu göstərir.

- Səfirliyin qarşısında postda dayanan polis əməkdaşı da silahlı olub. Lakin müdaxilə etmək yerinə, hadisə yerindən uzaqlaşıb.

- Hücum zamanı səfirliyin önünə polis avtomobili gəlir, lakin heç bir müdaxilə etmədən olay yerini tərk edir.

- Y.Hüseynzadə binadan çıxarıldıqdan sonra, səfirliyin avtomobilini yandırmağa cəhd edir və bu zaman yenə də kiməsə əlilə işarə edir.

- Terrorçu ikinci dəfə qapını sındırıb, içəri daxil olduqdan sonra ikinci mərtəbəyə qalxmağa çalışır ki, həmin mərtəbədə diplomatların ailələri yaşayırdı.

- Terrorçu hadisəni törətdikdən sonra hadisə yerinə gələn polis əməkdaşları onu zərərsizləşdirmək yerinə, Y.Hüseynzadənin özünün onlara işarə verib, yaxınlaşmasını gözləyirlər.

- Tehran polisi səfirlik binasının qarşısına gəldikdən sonra da terrorçunu dərhal saxlamır, rahatca gəzişməsinə, silahları avtomobilinə qoymasına şərait yaradır. 

- Yalnız bundan sonra polis sakitcə terrorçunun qoluna girib, hadisə yerindən uzaqlaşdırır.

- Yasin Hüseynzadə Tehran polisinə yaxınlaşdığı vaxt sıravi geyimli, maskalı bir şəxs terrorçunun hadisə yerinə gəldiyi avtomobilə yaxınlaşır və maşından bir sıra əşyaları götürüb sakitcə, heç bir müdaxilə ilə üzləşmədən ərazidən uzaqlaşır.

Sadalanan faktlardan da göründüyü kimi, hadisə mütəşəkkil formada təşkil olunmuş terror aktıdır və Tehran polisi də daxil olmaqla İran dövlət qurumları hücumdan əvvəlcədən xəbərdar olub, Y.Hüseynzadə ilə paralel şəkildə çalışıblar.

Məqsəd isə səfirlik binasında qətliam törətmək olub. Yalnız Vasif Tağıyevin rəşadəti faciənin miqysasının daha böyük olmasının qarşısını alıb.

Eyni zamanda sonradan baş verənlər, xüsusən də, ailə münaqişəsi və Y.Hüseynzadənin psixi problemlərinin olması ilə bağlı yalanların kütləvi tirajlanması terror aktının ən yüksək səviyyədə molla rejimi tərəfindən planlaşdırıldığının bariz sübutudur.
Bir sözlə Azərbaycan ərazisi sayılan səfirliyimizə hücumu təşkil etməsi və ya ən yumşaq formada buna göz yumması İranın terror dövləti olduğunu görməyə kifayət edir. Gözləyək, görək İran törətdiyi əmələ haqq qazandırmaq üçün daha hansı yalanları uyduracaq.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO