Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş verən zəlzələlərlə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, XİN rəhbəri paylaşımı rəsmi “Twitter” hesabında edib.
"Bu gün qardaş Türkiyədə böyük insan tələfatı ilə nəticələnən zəlzələ xəbəri bizi dərindən sarsıtdı. Bu dəhşətli zəlzələdə həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik.
Azərbaycan hər zaman olduğu kimi, bu çətin günlərdə də Türkiyənin yanındadır", - deyə nazir qeyd edib.
Bizim.Media
Bu gün qardaş #Türkiyədə böyük insan tələfatı ilə nəticələnən zəlzələ xəbəri bizi dərindən sarsıtdı. Bu dəhşətli zəlzələdə həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Azərbaycan hər zaman olduğu kimi, bu çətin günlərdə də Türkiyənin yanındadır???? @MevlutCavusoglu
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) February 6, 2023