Ermənistan Qərbi aldatmaq üçün İrana yardım edir

Ermənistan Qərbi aldatmaq üçün İrana yardım edir

Hazırda oxunan: Ermənistan Qərbi aldatmaq üçün İrana yardım edir

11881

İran şirkətlərinin Ermənistanda xüsusi nümayəndəlik açması ilə bağlı danışıqlar bu ilin yanvar ayından etibarən daha da sürətlənib.

Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan hələ 24 yanvar tarixində İranın ticarət, sənaye və mədənçilik naziri Alireza Razm Hosseini ilə görüşündə maraqlı məqamlara toxunmuşdu. 
 

MÖVZU İLƏ BAĞLI:

İran hakimiyyətinin Ermənistan sevgisi – FOTOFAKT


Nazirin sözlərinə görə, İran və Ermənistan arasındakı iqtisadi əlaqələrin inkişaf etdirilməsi İrana Qərbin sanksiyalarından xilas olmaqda yardım edə bilər.

Bunun üçünsə Ermənistanda İranla ortaq müəssisələrin yaradılması nəzərdə tutulur. Yeni yaradılacaq ortaq müəsisələrin Ermənistan və İran arasındakı ticarət dövriyyəsinin həcmi 6 ay ərzində 400 milyon dollardan 1 milyard dollara qaldırılması hədəflənir.

Lakin maraqlı olan İran və Ermənistan arasındakı iqtisadi əlaqələrin inkişaf etməsinin Qərbin sanksiyalarının davam etdiyi bir dövrdə baş verməsidir.

Eyni zamanda Ermənistan rəhbərliyinin İranı sanksiyalardan “xilas etmək” barədə açıq-aşkar çıxışlar etməsi də məsələnin digər tərəfidir. İqtisadi investisiya məsələsində olduqca istəkli görünən İranın Ermənistanı etibarlı iqtisadi tərəfdaş kimi görüb-görmədiyi isə sual altındadır. 

Ancaq istənilən halda Ermənistan bazarı İran üçün iqtisadi yatırımlar baxımından əlverişli vəziyyətdədir.

Tamamilə çökmüş və xarici investiyasının tərk etdiyi Ermənistan iqtisadiyyatı hazırda ciddi boşluq yaşayır.

Bu boşluqdan istifadə etməklə İran öz ixracat potensialı ilə Ermənistan bazarında yer etməyə çalışır. 

Çünki 11 yanvar razılaşmasından da məlum olduğu kimi, Cənubi Qafqazda əsas tranzit xəttlərinin və qarşılıqlı iqtisadi münasibətlərin bərpa olunması gündəmdədir.

Bu isə yaxın prespektivdə Ermənistanla Türkiyə arasındakı iqtisadi münasibətlərin bərpa olunmasına və türk mallarının Ermənistan bazarına çıxışına imkan verəcək. 

Ermənistan iqtisadiyyatının hazırkı dövrdə xarici idxalı şaxələndirmək kimi bir seçimi olmadığı üçün qonşu ölkələrinin iqtisadiyyatından ciddi ölçüdə təsirlənməyə, kim investisiya qoyarsa, o istiqamətə yönəlməyə meyllidir.

Bu baxımdan hələ ki, Türkiyə ilə iqtisadi münasibətlər bərpa olunmayan İran Ermənistan bazarındakı mövqelərini gücləndirməyə çalışır.

Çünki Ermənistanda İran investisiyalarının həcminin artması nəticədə İranın siyasi təsirlərinin də artmasını şərtləndirəcək.

Bu, İranın Cənubi Qafqazdakı geosiyasi prosesə daxil olması istiqamətində mühüm addım hesab oluna bilər.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO