Azərbaycanın Türkiyədəki diplomatik korpuslarında Operativ QƏRARGAHLAR YARADILDI

Azərbaycanın Türkiyədəki diplomatik korpuslarında Operativ QƏRARGAHLAR YARADILDI

Hazırda oxunan: Azərbaycanın Türkiyədəki diplomatik korpuslarında Operativ QƏRARGAHLAR YARADILDI

118713

6 fevral 2023-cü il tarixində Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində, eləcə də İstanbul və Qars şəhərlərindəki Baş Konsulluqlarında Operativ Qərargahlar yaradılıb.

XİN-dən Bizim.Media-ya bildirilib ki, Azərbaycanın Türkiyədəki Səfirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), Türkiyənin digər müvafiq dövlət orqanları, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə yardım üçün gəlmiş nümayəndə heyətinin rəhbəri ilə operativ əlaqə saxlayır və zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşların olub-olmaması məsələsi araşdırılır.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədə zəlzələdə ölənlərin sayı 76-ya çatdı, 440 yaralı - FOTO/VİDEO


“Səfirlik tərəfindən Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə mütəmadi olaraq əlaqə saxlanılır.

Əldə edilmiş məlumatlar operativ olaraq mediaya çatdırılacaq. Qeyri-rəsmi yayılan məlumatlara istinad edilməməsi xahiş olunur.

Zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxınlarının +905355776168 vasitəsilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur.
Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunun əlaqə nömrələri +905366138648 Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun əlaqə nömrələri +905527801418, +905075893011”, - məlumatda qeyd olunub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO