Türkiyəli deputat:

Türkiyəli deputat: "İran Azərbaycan səfirliyinin təhlükəsizliyini lazımi səviyyədə təmin etməyib"

Hazırda oxunan: Türkiyəli deputat: "İran Azərbaycan səfirliyinin təhlükəsizliyini lazımi səviyyədə təmin etməyib"

118499

"İran Azərbaycan səfirliyinin təhlükəsizliyini lazımi səviyyədə təmin edə bilməyib". 

Bizim.Media xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasında jurnalistlərə açıqlaması zamanı türkiyəli deputat Yunus Kılıç bildirib. 

Deputat Cənubi Qafqazı həssas region adlandırıb:

"Azərbaycan indi əvvəlki Azərbaycan deyil. Həmçinin Türkiyə də əvvəlki Türkiyə deyil. Dostluğumuz daha da güclənib. Ona görə xain planların baş tutmasına imkan vermirik". 

Kılıç İrandakı səfirliyimizə hücumu qınayıb:

"Əlbəttə, biz bu hadisəni pisləyirik. İran diplomatik missiyanın təhlükəsizliyini lazımi səviyyədə təmin edə bilməyib. Bu, qınanılmalıdır. Türkiyə həmişə Azərbaycanın yanındadır". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO