"İran hökuməti Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində baş verən zəlzələ nəticəsində dağılan evlərin bərpasında maraqlı deyil".
Bizim.Media xəbər verir ki, bunu “Az TV”yə müsahibəsində “Günaz.TV”nin rəhbəri Əhməd Obalı deyib.
O, Tehran rejiminin bunu məqsədli şəkildə etdiyini bildirib.
"İran Türkiyə ilə Güney Azərbaycan arasında kürd zolağı yaratmağa cəhd göstərir. Buna görə də zəlzələdə dağılan evlərin bərpasında maraqlı deyil.
Hökumət bu vasitə ilə yerli azərbaycanlıların başqa bölgələrə köçürülməsinə çalışır, onların əvəzinə kürdləri orada yerləşdirməyi planlaşdırır", - deyə Obalı bildirib.
Qeyd edək ki, Güney Azərbaycanın Xoy şəhərində baş verən zəlzələ nəticəsində 9 250 evə ziyan dəyib.
Bizim.Media