“Xalq qəzeti”nin bugünkü sayında İran dövlətinin regionda apardığı pozucu siyasəti tənqid edən yazı dərc edilib.
Bizim.Media xəbər verir ki, məqalə İranın Ali Rəhbəri Əli Xamenei, ölkənin prezidenti İbrahim Rəisi və Ermənistan Baş naziri Nikol Paşinyanın əks olunduğu karikatura ilə birgə nəşr edilib.
“Xameneiçilik – İranın şər düsturu, türk düşmənçiliyi və donuz əhvalatı” başlıqlı yazıda İranın hər zaman Ermənistanla əlbir olması və Azərbaycana qarşı birgə hərəkət etmələri qeyd edilib.
Məqalədə bildirilib ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilmiş qanlı terror hücumundan sonra gözlənilirdi ki, Tehran özünün anti-Azərbaycan təbliğatına ara verəcək:
“Lakin bunun əksi müşahidə olunmaqdadır. Hələ bu azmış kimi, təbliğat sanki tamamilə yeni mərhələyə qədəm qoymaqdadır”.
Bizim.Media