Kadri Simson: Azərbaycan etibarlı və etimad göstərdiyimiz tərəfdaşımızdır

Kadri Simson: Azərbaycan etibarlı və etimad göstərdiyimiz tərəfdaşımızdır

Hazırda oxunan: Kadri Simson: Azərbaycan etibarlı və etimad göstərdiyimiz tərəfdaşımızdır

118334

“Bizim Azərbaycanla enerji sahəsində əlaqələrimiz çox güclənir”.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının yekunlarına dair keçirilən brifinqdə bildirib.

K.Simson bildirib ki, Azərbaycan Aİ-nin etibarlı, eyni zamanda, etimad göstərdiyi tərəfdaşıdır:

"Avropa İttifaqı Azərbaycanla enerji sahəsində əməkdaşlığı möhkəmləndirməkdə israrlıdır. Bizim Azərbaycanla enerji sahəsində əlaqələrimiz çox güclənir. Azərbaycan bizim etibarlı, eyni zamanda, etimad göstərdiyimiz tərəfdaşımızdır.
Biz Azərbaycanda enerji sahəsinə sərmayələr yatırırıq. Enerji sabitliyinin təmin edilməsində Cənub Qaz Dəhlizinin böyük rolu var".

O qeyd edib ki, bu gün keçirilən tədbir çərçivəsində Azərbaycanın külək və günəş enerjisindən istifadə, istixana qazlarının atmosferə atılmasının azaldılması ilə bağlı geniş müzakirə aparıldı:

“Hesab edirəm ki, Məşvərət Şurası çərçivəsində çox yüksək səviyyədə iclasımız oldu”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO