Lavrovdan Qarabağla bağlı İKİBAŞLI BƏYANATLAR – “Rusiya gerçəkliyi görməzdən gəlir”

Lavrovdan Qarabağla bağlı İKİBAŞLI BƏYANATLAR – “Rusiya gerçəkliyi görməzdən gəlir”

Hazırda oxunan: Lavrovdan Qarabağla bağlı İKİBAŞLI BƏYANATLAR – “Rusiya gerçəkliyi görməzdən gəlir”

118260

Rusiya xarici işlər naziri Sergey Lavrov ölkənin rəsmi mətbuatına geniş müsahibə verib.

Rusiyanın baş diplomatı Cənubi Qafqazla bağlı da bir sıra məsələlərə toxunub. Lavrovun müsahibəsində iki məqam daha çox diqqəti çəkib:

- “Ermənistan Azərbaycanın yeddi rayonunu işğal etmişdi. Azərbaycan torpaqlarını geri qaytardı”.

- “Erməni müttəfiqlərimiz, dostlarımız hələ də KTMT missiyası ilə maraqlanırsa, bu missiya cəmi bir-iki günə yerləşdirilə bilər”.

Göründüyü kimi, Lavrovun açıqlamaları heç də birmənlı başa düşülə bilməz. Çünki KTMT ilə bağlı fikirlər daha çox Ermənistana qarşı təzyiq vasitəsinə bənzəyir. Yeddi rayonun işğal edilməsi məsələsi isə faktiki olaraq keçmiş “Dağlıq Qarabağ” regionunun işğalı faktının gözardı edilməsi cəhdi kimi qiymətləndirilə bilər. 

Bəs, rusiyalı nazirin bu cür bəyanatları nəyə hesablanıb?

Mövzunu Bizim.Media üçün şərh edən politoloq Əziz Əlibəyli Lavrovun açıqlamalarında Qarabağ ifadəsinin kontekstdən çıxarıldığını təəssüflə qeyd edib:

“Keçmiş DQMV ətrafında olan yeddi rayon, onsuz da Azərbaycana məxsusdur. Amma DQMV-nin kimə məxsus olması mövzusunu isə Lavrov sözün əsl mənasında manipulyasiya etməkdədir. Lavrov bu fikirləri DQMV-nin faktiki mövcud olması kontekstində işlədir və Azərbaycanın XX əsr boyunca bu torpaqların əsl sahibi olduğu gerçəyini görməzlikdən gəlir. Həyasızlığın dərəcəsinə baxın ki, Rusiya XİN rəhbəri Qarabağ məsələsini “keçmişə dair kökləri olan münaqişə” adlandırır. 

Əvvəla, Qarabağda münaqişənin memarı, eləcə də ermənilərin bölgəyə köçürülməsinin arxasında dayanan tərəf tarixi baxımdan elə Rusiyanın özü olub”. 

Əziz Əlibəylinin fikrincə, Lavrovun DQMV ilə bağlı bu cür açıqlamalar verməsinin başlıca səbəbi sülhməramlıların bölgədəki varlığını leqallaşdırmaq cəhdindən irəli gəlir.

Müsahibimiz əlavə edib ki, Lavrov bu cür açıqlamaları ilə Qarabağ iqtisadi rayonundakı erməni məsələsinin də sanki Rusiyanın monopoliyasında olması məsələsinə işarə edir:

“Burada təhlükəli tendensiya ondan ibarətdir ki, Rusiya XİN başçısı Azərbaycana məxsus olan torpaqların dairəsini müəyyən edir. Lavrovun məsələni 7 rayonla məhdudlaşdırması isə o deməkdir ki, Rusiyanın Qarabağ iqtisadi rayonunun ərazisi ilə bağlı xoş olmayan, Azərbaycanın ərazi bütövlüyünü pozmağa yönəlik, müxtəlif formalı variantları var”. 

Əziz Əlibəylinin qənaətinə görə, Lavrovun bu açıqlamasında məqsəd bilavasitə Qarabağ bölgəsindəki nümayəndəsi hesab etdikləri Vardanyana leqallıq qazandırmaqdan ibarətdir. Politoloq Rusiya XİN başçısının KTMT missiyası ilə söylədiklərinə də münasibət bildirib. Onun sözlərinə görə, Lavrov Aİ-nin Ermənistanda öz missiyasını yerləşdirməsi fonunda KTMT kartını gündəmə gətirir.

Murad Əhmədov, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO