''Müharibəni Ermənistan təhrik elədi. Paşinyanın Qarabağda verdiyi bəyanatlar, Tonayanın müharibə ritorikası dolu çıxışları bu işi qaçılmaz etdi''.
Bu fikirləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyü Brayze Bizim.Media-ya verdiyi özəl müsahibədə deyib.
MÖVZU İLƏ BAĞLI:
Metyu Brayza: "Minsk qrupu artıq ölüb"
Müsahibə zamanı Qarabağ münaqişəsindən, sülh bəyanatından və digər siyasi proseslərdən danışan cənab Brayze, bir çox maraqlı məqamlara da toxunub.
O, hazırda bizneslə məşğul olduğunu, siyasi arenaya qayıtmaq fikrinin olmadığını da qeyd edib.
"Mən bu yaxın vaxt ərzində siyasətə qayıtmaq niyyətində deyiləm. Heç mənə bu barədə Bayden administrasiyasından təklif də gəlməyib (gülür). Mən arada öz siyasi təcrübəmlə yeni administrasiyada olan dostlarımla bölüşürəm.
Hazırda yaşadığım həyat məni qane edir və bizneslə məşğul olmağı sevirəm. İndiki dönəmdə həyatımda nəyisə dəyişmək fikrim yoxdur.
Mən müstəqil ekspert kimi fəaliyyət göstərməyə daha üstünlük verirəm. Mənim bizneslə məşğul olmağım uğurlu alınıb.
Bilmək olmaz bəlkə də nə vaxtsa siyasətə qayıtdım və hətta kongresə namizədliyimi irəli sürdüm. Mən diplomatik fəaliyyətimi Bakıda bitirmişəm və indi bu işlə məşğul olmaq istəmirəm.
Ancaq nə vaxtsa ABŞ- da mənim siyasi biliklərimə ehtiyac duyularsa bir vətəndaş kimi borcumu sonuna qədər yerinə yetirməyə hazıram".
Metyu Brayza ilə geniş müsahibəni tezliklə Bizim.Media-da oxuya bilərsiniz.
Vüsalə Balayeva, Bizim.Media