“Azərbaycan qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə Anlaşma Memorandumunun imzalanmasından sonra fəal şəkildə əlavə imkanların yaradılması haqqında düşündü”.
Bizim.Media xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.
MÖVZU İLƏ BAĞLI:
Prezident Azərbaycanın bərpaolunan enerji potensialını AÇIQLADI
“Hazırda biz bu il yeni yataqlardan məhz hasilatı gözləyirik və mövcud “Şahdəniz” yatağında hasilatın artırılması birmənalı olaraq gündəlikdədir. Biz, həmçinin daxildə enerji səmərəliliyi haqqında düşünürük. Biz itkilərin azaldılması proqramı üzərində çalışırıq”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
Bizim.Media