Dövlət başçısından enerji təhlükəsizliyinə dair iki mühüm hadisə ilə bağlı AÇIQLAMA

Dövlət başçısından enerji təhlükəsizliyinə dair iki mühüm hadisə ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Dövlət başçısından enerji təhlükəsizliyinə dair iki mühüm hadisə ilə bağlı AÇIQLAMA

118206

“Dekabrda enerji təhlükəsizliyi baxımından iki mühüm hadisə oldu. Azərbaycan və Rumıniya qaz təchizatı haqqında saziş imzaladı. Qaz təchizatı bu yaxınlarda başlayacaq. Beləliklə, Rumıniya Cənub Qaz Dəhlizi ölkələri qrupuna qoşulur”.

Bizim.Media xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Azərbaycanın bərpaolunan enerji potensialını AÇIQLADI


Ötən ilin dekabrında, həmçinin Buxarestdə “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında imzalanmış yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalandığını xatırladan dövlət başçısı qeyd edib: 

“Bu, bizim səylərimizin ümumu sinergiyasıdır. Biz enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açırıq. Bunlar mühüm hadisələr idi. Yanvar ayında isə biz Macarıstanla qaz təchizatı sahəsində Anlaşma Memorandumu imzaladıq. Beləliklə, biz komandamızın üzvlərinin sayını artırırıq”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO