Klaus Yohannis Bakıya nəyə gəlib? – Rumıniya prezidentinin SƏFƏRİNİN MƏQSƏDİ

Klaus Yohannis Bakıya nəyə gəlib? – Rumıniya prezidentinin SƏFƏRİNİN MƏQSƏDİ

Hazırda oxunan: Klaus Yohannis Bakıya nəyə gəlib? – Rumıniya prezidentinin SƏFƏRİNİN MƏQSƏDİ

118097

Daha bir Mərkəzi Avropa dövlətinin başçısı, Rumıniya prezidenti Klaus Yohannis Azərbaycana səfərə gəldi. Dost ölkənin liderinin ölkəmizə səfəri bir sıra maraqlı mövzulara yol açır.

Nəzərə alaq ki, Azərbaycan-Rumıniya iqtisadi əlaqələrinin 31 illik tarixi var. Təsadüfi deyil ki, bu onilliklər ərzində Azərbaycan-Rumıniya əlaqələri daim inkişaf edərək iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxıb.

2009-cu ildə Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılmasına dair imzalanmış Birgə Bəyannamənin, 2011-ci ildə Strateji tərəfdaşlığın həyata keçirilməsi üçün imzalanmış Birgə Fəaliyyət Planının əlaqələrin inkişafında xüsusi rolu olub.

İki ölkə arasında iqtisadi əlaqələr günbəgün genişlənir 2021-ci ildə Azərbaycanın Rumıniya ilə ticarət dövriyyəsində 31,3 faiz artdığı halda ötən il ticarət dövriyyəsinin həcmi 4 dəfəyə yaxın artıb. Bu da Avropa dövlətləri arasında Azərbaycanın ticari əlaqələrinin son bir ildə ən çox artdığı ölkənin Rumıniya olduğunu göstərir. 

Bəs, Rumıniya liderinin Azərbaycana səfərini zəruri edən səbəblər hansılardır?

Birincisi, Avropanın, o cümlədən Rumıniyanın enerji təhlükəsizliyi. Məlum olduğu kimi Azərbaycan TANAP və TAP qaz kəmərləri vasitəsi ilə Cənubi və Mərkəzi Avropa dövlətlərinin enerji təhlükəsizliyində vacib oyunçuya çevrilib.

Son vaxtlar Rusiya qazından imtina etməyə çalışan Avropa ən etibarlı tərəfdaş kimi Azərbaycanı görür. Təsadüfi deyil ki, son 4 ayda Azərbaycan Prezidenti 5 Mərkəzi Avropa dövlətinə rəsmi səfərə gedib. Rumıniya isə artıq 6-cı dövlətdir ki, Azərbaycanla iqtisadi-siyasi əlaqələrini daha da intesivləşdirmək istəyir.

İkincisi, Avropa Azərbaycana ən sərfəli tranzit ölkə kimi baxır. Təkcə Azərbaycanın yox, həm də Orta Asiyanın karbohidrogen ehtiyatlarının Avropaya çatdırılması üçün rəsmi Bakının əlində kifayət qədər rıçaqlar var. Digər Avropa dövlətləri kimi Rumıniya da bu imkanlardan yararlanmaq istəyir.

Üçüncüsü, Prezident İlham Əliyevin bu günlərdə verdiyi bəyanət Aİ-ni sadəcə “bayıldıb”. Məlum olduğu kimi Azərbaycan lideri bəyan etdi ki, Azərbaycan yaxın 100 ildə Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verə bilər. Məhz bu bəyanatın arxasında dayanan reallıqlarda pay sahibi olmaq istəyən Rumıniya dövləti sanki qabağa düşmək istəyir.

Rəsmi məlumatlara görə toxunduğumuz məsələlərlə yanaşı Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi kimi regional layihələrin həyata keçirilməsini müzakirə edəcək və rəqəmsal sahədə belə layihələrə start verilməsi məsələsi də əsas müzakirə mövzularındandır.
Bundan əlavə, K.Yohannis fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısında iştirak edəcəyi gözlənilir.

Bütün bunlarsa onu göstərir ki, Azərbaycan regional gücdən Beynəlxalq oyunçuya çevrilir. Mübaliğəsiz deyə bilərik ki, artıq Avropa Azərbaycana sadəcə nicat qapısı kimi, ümid yeri kimi baxır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO