Sülhməramlıların Laçın yolunda ALVER SÖHBƏTİ – Ermənilərin belə xəbər yaymaqda məqsədi nədir?

Sülhməramlıların Laçın yolunda ALVER SÖHBƏTİ – Ermənilərin belə xəbər yaymaqda məqsədi nədir?

Hazırda oxunan: Sülhməramlıların Laçın yolunda ALVER SÖHBƏTİ – Ermənilərin belə xəbər yaymaqda məqsədi nədir?

118065

Ermənistanın “Hraparak” qəzeti yazdığına görə, bəzi sülhməramlılar Qarabağda qazanc əldə etməyə başlayıblar. Laçın yolu ilə yükün bir hissəsini ödənişlə aparırlar.

Mənbə yazır ki, erməni iş adamlarından, xeyriyyəçilərdən və Qarabağda müvəqqəti yaşayan ermənilərə zəruri malları çatdırmağa çalışan insanlardan hər yük maşını üçün min dollara qədər pul alınır.

Rus ordusunun rüşvət və korrupsiyaya bulaşması əslində heç də yenilik deyil. Böyük ehtimalla sülhməramlılar Laçın yolunda hərəkət edən bəzi yük maşınlarından rüşvət almağa çalışıb.
 

MÖVZU İLƏ BAĞLI:

İDDİA: Sülhməramlılar Qarabağda qazanc mənbəyi tapıb – Hər avtomobildən min dollar...


Nəzərə alaq ki, rus ordusu Birinci Qarabağ müharibəsində də dəfələrlə anoloji hərəkətlərə yol verib. Ermənilər diasporadan aldıqları vəsaitin bir hissəsini həmin dövrdə rus ordusuna verməklə onları da Azərbaycana qarşı əməliyyatlara cəlb ediblər.

Ona görə rus sülhməramlılarının belə hərəkətə yol vermələri əslində gözləniləndir. Amma bununla belə, Ermənistan mətbuatının sözügedən iddia ilə çıxış etməsinin arxasında heç şübhəsiz müəyyən məqamlar dayanır. 

Bizim.Media-ya açıqlama verən politoloq Tural Rzayevin fikrincə, erməni mətbuatının belə bir açıqlama yayması iki faktordan qaynaqlanır:

“İrəvan maksimum dərəcədə çalışır ki, Qarabağdakı ermənilərin guya blokadada olduğu faktını şişirtsin. Ona görə də bir tərəfdən əhalinin sayını şişirdərək, guya 120 min olduğunu iddia edirlər.

Qida çatışmamazlı, dərman preparatlarının qıtlığını bildirirlər. Amma etiraz aksiyasının davam etdiyi 55 gün ərzində Laçın yolu vasitəsilə Ermənistandan həmin əraziyə mindən çox yük maşını keçib.

Bu vəziyyətin özü göstərir ki, ərazidə qida qıtlığının olduğu, insanların kütləvi şəkildə aclığa məruz qaldıqları barədə informasiyalar tamamilə yalandır. Ancaq buna baxmayaraq, ermənilər Qarabağdakı ermənilərin guya blokadada olduğunu qabartmağa çalışırlar.

Bu zaman da həmin əsassız iddialarının gücləndirilməsinə xidmət edən hər bir arqumentdən istifadə edirlər. Həmin müstəvidə də iddia edirlər ki, oradakı sülhməramlılar yükün daşınması üçün əlavə vəsait tələb edirlər”. 
Həmsöhbətimizin fikrincə, digər tərəfdən bu tipli açıqlamalarla İrəvan daxili ictimai rəy arasında antirusiya meylini gücləndirməyi düşünür: 

“Son zamanlar Ermənistanda Rusiyaya qarşı fəaliyyət güclənir. Rus ordusunun Gümrüdən çıxarılmasını, Rusiyanın Ermənistan qarşısında müttəfiqlik öhdəliklərini yerinə yetirmədiyini açıq şəkildə qabartmaqla bu ölkə ilə məsafə saxlanılmasına çalışan qüvvələr var. Onlar hər vəclə ictimai fikri Rusiya əleyhinə yönəltməyə çalışırlar. Sözsüz ki, bu Ermənistandakı qərbpərəstlərin əməlidir. Hakimiyyətin özü də bunda maraqlıdır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO