Türkiyə konsulu Gəncə Tibb kollecində oldu – FOTO 

Türkiyə konsulu Gəncə Tibb kollecində oldu – FOTO 

Hazırda oxunan: Türkiyə konsulu Gəncə Tibb kollecində oldu – FOTO 

117987

Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş konsulu Recep Öztop şəhərin köklü təhsil müəssiələrindən olan Tibb Kollecində olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qonaq əsası 1931-ci ildə qoyulan tibb ocağında aparılan əsaslı təmir və bərpa işlərindən sonra bina ilə tanış olduqdan sonra burada yaradılan şəraitdən çox məmnun qalıb.

Yeni, tam təmir olunmuş sinif otaqlarında quraşdırılmış elektron smart lövhələr, müasir əyani vasitələr, elektron kitabxana, tələbələrin uniformaları, siniflərin lazımı texniki avadanlıqlarla təchiz olunması, lazımi texniki vasitələrlə təchiz olunmuş müasir laboratoriyalar, keçirilən dərslərin səviyyəsi diplomatı yaxşı mənada təəccübləndirib:
“Gəncə tibb kollecini ziyarət edərkən çox modern bir təhsil müəssisəsini görməkdən çox məmnunam. Belə bir yüksək şəraitin Gəncədə yaradılması məni çox sevindirdi.

Sinif otaqlarında müasir avadanlıqların quraşdırılması, robot və müasir texnikalarla təchiz olunan laboratoriyalar, tələbələr üçün yaradılan şərait gələcəkdə bu kollecdə çox peşəkar tibb işçilərinin yetişəcəyindən xəbər verir.

Dərs deyən müəllimlərin bilik səviyyələri, böyük həvəslə tələbələrə bilikləri çatdırmaq istəkləri hiss olunurdu. Bu da onu göstərir ki, kollecin rəhbərliyi yüksək ixtisaslı tibb bacılarının və tibb personalının yetişdirilməsi üçün vacib addımlar atır”.

Kolleclə tanışlıq zamanı Gəncə Tibb Kollecinin direktoru, əməkdar həkim Mehman Rzayev diplomatın diqqətinə çatdırıb ki, kollec Türkiyənin tibb sahəsində çalışan qabaqcıl müəssisələri və təhsil ocaqları ilə sıx əməkdaşlıq edir. Bundan başqa, təhsil müəssisəsi Türk İş birliyi və Koordinasiya Alyansı – TİKA ilə birgə layihələr reallaşdırırlar. 

M.Rzayev bu əməkdaşlığın bariz nümunəsi kimi müasir avadanlıqlarla təchiz olunmuş Əczakimya və analitika laboratoriyasını qonaqların diqqətinə çatdırıb.

Qeyd olunub ki, TİKA-nın xəttilə tələbə mübadiləsi proqramı çərçivəsində qardaş Türkiyədən və Almaniyadan 16 müxtəlif ali məktəblərin tələbələri Gəncə Tibb Kollecində olublar. Həmin səfər çərçivəsində türkiyəli tələbələr hərəyə bir ağac əkib və həmin ağaclar onların adları qeyd olunan lövhələrlə böyüyür.
M.Rzayev Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş konsulu Recep Öztopa vaxt ayırıb Gəncə Tibb Kollecini ziyarət etdiyi üçün dərin minnətdarlığını bildirib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO