Kremldən ETİRAZ: “Ukraynaya verilən raketlər hadisələrin gedişatını dəyişməyəcək” 

Kremldən ETİRAZ: “Ukraynaya verilən raketlər hadisələrin gedişatını dəyişməyəcək” 

Hazırda oxunan: Kremldən ETİRAZ: “Ukraynaya verilən raketlər hadisələrin gedişatını dəyişməyəcək” 

117929

“Biz NATO peykləri də daxil olmaqla bütün hərbi infrastrukturun Ukraynanın maraqları üçün Rusiyaya qarşı işlədiyini görürük”. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. 

O, Rusiya və ABŞ arasında qitələrarası nüvə ballistik raket imkanlarını cilovlamağı hədəfləyən Yeni Strateji Silahların Azaldılması Müqaviləsinin (START) vacibliyini vurğulayıb: 

“Əslində bu, ABŞ-nin təhlükəsizlik və silahlara nəzarət üçün bütün hüquqi və müqavilə çərçivələrini məhv etdiyi üçün qüvvədə qalan yeganə müqavilədir”. 

Peskov Ukraynaya yeni uzaqmənzilli raketlərin göndərilməsinin mümkünlüyünü də qiymətləndirib:

“Bu, gərginliyi artırmaq üçün bir yoldur və bizdən əlavə səylər göstərməyi tələb edəcək. Lakin bu, hadisələrin gedişatını dəyişməyəcək və xüsusi hərbi əməliyyat davam edəcək”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO