Zahid Orucun mesajına Moskva nə cavab verəcək? – Politoloqdan ŞƏRH

Zahid Orucun mesajına Moskva nə cavab verəcək? – Politoloqdan ŞƏRH

Hazırda oxunan: Zahid Orucun mesajına Moskva nə cavab verəcək? – Politoloqdan ŞƏRH

117859

Milli Məclisin deputatı Zahid Oruc bu gün keçirilən plenar iclasda Avropa İttifaqının Ermənistan sərhədində mülki missiyasının yaradılmasının yolverilməz olduğunu qeyd edərək, alternativ tədbir olaraq Ağdamda yerləşən Türkiyə-Rusiya monitorinq mərkəzinin Ermənistanla sərhədə yerini dəyişməsini təklif edib.

Görəsən, deputatın bu təklifi nədən qaynaqlanır?

Bizim.Media-ya açıqlama verən politoloq Elşən Mirzəoğlu bildirir ki, deputatın irəli sürdüyü təklif əslində Rusiya-Ermənistan münasibətlərində çatın dərinləşməsinə və Bakı ilə Moskva arasında münasibətlərdə isə hər iki tərəfin marağına cavab verən yeni reallıqların formalaşmasına xidmət edən bir təklifdir:
 

MÖVZU İLƏ BAĞLI:

“İrəvanı Hələbin, Mosulun taleyi gözləyir” – Zahid Oruc 


“Ermənistanın Azərbaycanla sərhədinə Avropa İttifaqının mülki missiyasının gəlməsinin kökündə dayanan amil qurumun faktiki olaraq Bakı ilə İrəvan arasında danışıqlarda vasitəçilik təşəbbüsünü ələ almaq və ermənilərin dəstəyilə Moskvanı danışıqlar prosesindən kənarlaşdırmaq istəyindən qaynaqlanır.

Halbuki, Azərbaycan və Ermənistan üçtərəfli Moskva razılaşmasının şərtlərindən istifadə edərək, problemin çözülməsi istiqamətində razılığı Rusiya ilə əldə edib. Bu razılıqların həyata keçməsinə məsul olan tərəflərdən biri Rusiyadır.

Zahid Orucun Ağdamdakı Rusiya-Türkiyə Monitorinq Mərkəzinin Ermənistanla sərhədə yerləşdirilməsi təklifinə gəldikdə, hər halda bu rəsmi Bakının münasibəti deyil, onun şəxsi fikirləridir.

Sadəcə olaraq, həmin açıqlama bu və ya digər mənada rəsmi Bakının millət vəkili vasitəsilə Aİ-yə mesajı kimi də qəbul oluna bilər”.

Eyni zamanda ekspertə görə, bu mesaj prosesləri diqqətlə izləyən Rusiyaya da ünvanlanıb: 

“Bu mənada, həmin mesaj Moskvanı da müəyyən mənada razı salmalıdır. Çünki Ermənistan hakimiyyətinin son hərəkətləri Rusiyada kifayət qədər qıcıq yaradıb. Belə məqamda İrəvanla Moskva arasında yaranan və dərinləşə biləcək çatlar bütün hallarda problemin çözülməsi məsələsində Azərbaycanın xeyrinədir.
Əslində, deputatın irəli sürdüyü bu açıqlama Rusiya-Ermənistan münasibətlərində çatın dərinləşməsinə və Bakı ilə Moskva arasında münasibətlərdə hər iki tərəfin marağına cavab verən yeni reallıqların formalaşmasına xidmət edir. Təklif Azərbayan Rusiya münasibətlərində daha çox Bakını məmnun və razı sala biləcək tendensiyanın formalaşmasına xidmət edəcək təklifdir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO