“Milli Məclis İrəvanın ermənilərə verilməsi qərarını qüvvədən salmalıdır” - YAQUB MAHMUDOV

“Milli Məclis İrəvanın ermənilərə verilməsi qərarını qüvvədən salmalıdır” - YAQUB MAHMUDOV

Hazırda oxunan: “Milli Məclis İrəvanın ermənilərə verilməsi qərarını qüvvədən salmalıdır” - YAQUB MAHMUDOV

117655

“Milli Məclisdə Azərbaycan Milli Şurasının xalqın iradəsini nəzərə almadan İrəvanın və ətrafındakı torpaqların ermənilərə verilməsi haqqında 1918-ci il 29 may tarixli qərarına yenidən baxılmalı və həmin qərar qüvvədən salınmalıdır. Bununla, Azərbaycan xalqının öz tarixi torpaqlarına varislik hüququ bərpa olunmalıdır”.

Bizim.Media xəbər verir ki, bu fikirlər AMEA-nın həqiqi üzvü, professor Yaqub Mahmudovun “Xalq qəzeti”ndə yayımlanan məqaləsində yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Yaqub Mahmudov hansı ilklərə imza atıb? - Tarixçilərin ARAŞDIRMASI - FOTO 


Professor bir sıra məqamlara aydınlıq gətirib: 

“Milli Məclisin deputatı olarkən Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ ilə bağlı məsələni dəfələrlə parlamentdə səsləndirmişəm. Fikrimcə, erməni tərəfi 1918-ci il Batum razılaşmalarının və müqavilələrinin bütün şərtlərini birtərəfli qaydada pozduğu üçün, göstərilən müqavilələr öz hüquqi qüvvəsini itirdiyinə görə Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varisi olan Azərbaycan Respublikası adekvat addım atmalıdır”.

Yaqub Mahmudov bildirib ki, bu addımla Azərbaycan, həm də erməni separatizminə böyük zərbə vura bilər: 

“Çünki erməni revanşistlər tarixə boylanarkən heç bir sənədin onların lehinə olduğu ilə qarşılaşmayacaqlar. Əksinə, onların bu torpaqlarda heç bir siyasi, mənəvi hüquqlarının olmadıqlarını görəcəklər.
Bu baxımdan, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtması məsələsi zamanın tələbidir və bu, ermənilər üçün qaçılmaz reallıqdır. Azərbaycan alimləri, ictimaiyyət nümayəndələri - hər kəs bu məsələdə dövlətimizin, Prezidentimizin yanında olmalı, ona dəstək verməlidir. Bu, milli birlik, milli qeyrət məsələsidir”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO