Eşitmə və danışma qüsurlu gənc rəssam Praqada qızıl medal aldı...

Eşitmə və danışma qüsurlu gənc rəssam Praqada qızıl medal aldı...

Hazırda oxunan: Eşitmə və danışma qüsurlu gənc rəssam Praqada qızıl medal aldı...

117507
Nə eşidir, nə də normal danışa bilir. Amma Tanrı ona elə bir istedad verib ki, onun sayəsində çoxlarının bacara bilmədiyi işlərin öhdəsindən gələ bilir. Məhz İlahi bir istedadın - duymaq və ifadə etmək bacarığının sayəsində ayaqdadır, mübariz və mətindir, vüqarlı və qürurludur. Tanrının verdiyi istedadla yanaşı həyat eşqi, yaradıcılıq həvəsi, mübarizliyi və dözümlülüyü bütün çətinliklərə qarşı mübarizədə onun gücünə güc qatır. Onu yaşadan, həyata bağlayan da elə bu keyfiyyətlərdir.

Bərdə rayon sakini, 19 yaşlı Günay Məmmədli anadangəlmə lal-kar xəstəsidır. Valideynləri onun eşidə və danışa bilməməsindən Günay hələ 2 yaşına çatanda agah olublar. Bundan sonra valideynləri Günayın müalicəsi üçün imkan çatacaq qədər hər şeyi etməyə çalışsalar da, illərlə davam edən müalicələr effektiv nəticə verməyib. Nəhayət, Günay 7 yaşına çatanda onu Mingəçevir şəhərində tanınmış defektoloq-loqopedlərdən birinin yanına aparıblar. Xeyli müalicədən, nitq qüsurlarının aradan qaldırılmasına yardım edən xüsusi məşqlərdən sonra Günayın nitqi qismən də olsa açılıb, tədricən danışmağa, bəzi sözləri ifadə etməyə başlayıb.

Anası Şükufə xanım deyir ki, Günayın müalicə alması üçün 7 yaşına qədər Azərbaycanda qapısını döymədikləri xəstəxana qalmayıb. Hətta Uşaq İnkişaf Mərkəzlərinə, bir necə loqopedin yanına da aparıblar onu. Günay 7 yaşında çatanda Mingəçevirdəki loqopedin yanına aparandan sonraxa0 tədricən irəliləyiş hiss olunmağa başladı: “Təxminən 13-14 yaşına qədər həmin loqopedin yanına gedib-gəldik. Orta məktəbin 6-cı sinfini bitirəndə eşitdik ki, Bərdə şəhərindəki internat məktəbində dövlət tərəfindən bu cür uşaqlar üçün loqoped-müəllim ayırılıb. Ona görə də 7-ci sinifdə Günayı həmin məktəbə apardıq. Günayın bəxtindən ona riyaziyyatdan dərs deyən Mətanət müəllimə uşaqlara həm də psixoloji diqqət göstərirdi. Günayı da elə Mətanət müəllimə hazırlaşdırdı”x9d.xa0

Duymaq və ifadə etmək bacarığı...xa0

Günay Bərdədəki internat məktəbində təhsil almağa başladığı ilk aylarda istedadlı uşaqların sorağına çıxan Lal-Karlar Cəmiyyətinin nümayəndələri bu təlim-tərbiyə ocağına da gəlir. Məktəbin dəhlizində istedadlı uşaqların divardan asılmış rəsm əsərlərinə baxış keçirən nümayəndələr əl işlərindən birinin üzərində xüsusi dayanıblar. Bu rəsm əsərinin müəllifinin kim olunduğunu soruşduqda məktəbin direktor müavini “Rəsmi 7-ci sinif şagirdi Günay Məmmədli çəkib”x9d - deyə, cavab verir.xa0



Şükufə xanım deyir ki, Lal-Karlar Cəmiyyətinin nümayəndələrinin internat məktəbinə bu gəlişi Günayın həm niqt və danışıq qüsurunun aradan qaldırılmasına, həm də özünün rəssam kimi gələcək inkişafına böyük bir təkan verib: “Həmin məktəbdə rəsm əsərləri çəkməyi bacaran bir neçə uşaq təhsil alırdı. Lal-Karlar Cəmiyyətindən gələn Validə adlı müəllimə uşaqların əl işlərindən ibarət rəsmlərə çox diqqətlə baxırmış. Axırda müəllimlərdən məktəbdə rəssamlıq qabiliyyəti olan başqa uşaqların olub-olmadığını soruşub. Cavab veriblər ki, rəsm çəkə bilən bütün uşaqların əsərləri divara vurulub. Axırda müəyyənləşdiriblər ki, onların arasında ən yaxşı rəsm əsərləri Günay Məmmədliyə məxsusdur”x9d.

Bundan sonra Validə xanım Günayın valideynləri ilə görüşərək onlara bəzi tövsiyələr verib. O, Günayın xüsusi istedada malik olduğunu söyləyərək onun rəssamlıq ixtisası üzrə təhsil almasının vacib olduğunu da xüsusi vurğulayıb. Hərçənd valideynləri yazıb-oxumağı çətinliklə bacaran Günayın ixtisas təhsili almasını buna qədər ağıllarına belə, gətirməyiblər: “Validə xanım Günayın rəssamlıq üzrə ixtisas təhsili almasını tövsiyə edəndə, sözün düzü, mən buna təəccübləndim. Dedim ki, Validə xanım, yəni bu uşaq müstəqil şəkildə təhsil ala bilərmi? Axı, hər kəs kollecdə təhsil almaq üçün mütləq imtahan verməlidir. Günay isə Azərbaycan dili və riyaziyyatdan başqa heç bir fənni minimum səviyyədə belə, mənimsəməyib”x9d.

....Onun niqtini açdı, idrakına güc verdi

Validə xanım isə deyib ki, “Rəssamlıq”x9d ixtisası üzrə kollec təhsili almaq üçün riyaziyyat və Azərbaycan dilini orta məktəb proqramı səviyyəsində bilmək kifayətdir. Validə xanım “Mən görürəm ki, rəssamlıq qabiliyyəti yaxşıdır, qabiliyyət imtahanından yüksək qiymət alacaq, sadəcə riyaziyyat və Azərbaycan dilindən hazırlaşsa, bəs edər. Daxil olaqcağı məktəbdə isə şifahi qaydada heç kəs onu sual-cavab etməyəcək, sadəcə çəkdiyi rəsmlərə baxıb qiymətini yazacaqlar. Bu cür lal və kar məşhur rəssamlarımız var ki, adı ölkənin ən tanınmış alimləri sırasında çəkilir”x9d deyərək Günayın anasını inandırmağa, ona ruh verməyə çalışıb.xa0



Bərdədəki internat məktəbinə gəlmiş Validə xanımın bu tövsiyələri Tanrının verdiyi ömrü özünə qapanmış halda yaşayan Günayın da, onun valideynlərinin də üzünə yeni bir qapı açır. Kim bilir, Validə xanımın bu məktəbə gəlişi bəlkə heç təsadüf də deyildi, Tanrının bir qisməti idi ki, hansısa bir xeyirxah missiya daşıyıcısı sağlamlıq imkanları məhdud yüzlərlə uşağın arasında gəlib Günayın rəsmlərini görəcək, onun valideynlərini tapıb onlara bir yol göstərəcək.xa0

“Validə xanım mənə ürək-dirək verdi, sözün düzü, bizə yol göstərən də həmin Validə xanım oldu”x9d - deyə, Günayın anası bu işdə ilahi bir möcüzənin olduğuna da inanır. Onun dediyinə görə, Validə xanımın tövsiyəsi ilə Günayın rəssamlıq sənəti üzrə bəzi nəzəri bilikləri öyrənmək məqsədilə Əbdül müəllimin iş yerinə - Bakı Rəsm Qalereyasına gəliblər: “Əbdül müəllim əvvəlcə Günayın qabiliyyətini yoxlamaq üçün ona bir tapşırıq verdi.xa0 Günay elə orada rəsmi çəkib Əbdül müəllimə göstərdi. Amma Əbdül müəllim sadəcə “babatdı, pis deyil”x9d söyləməklə sanki Günayın rəssamlıq qabiliyyətindən o qədər də razı qalmadığını sezdirdi. Lakin onun Rəssamlıq Akademiyasını bitirən oğlu Günayın rəsminə baxanda “Ata, bu qızın nə gözəl xətti var?!”x9d deyə, təəccüblə soruşdu. Onun dediyinə görə, yazı xəttindən fərqli olaraq, rəssamlıqda bir xətt var ki, onu rəssamlıq qabiliyyəti olan uşaqların əksəriyyəti bacarmır. Əbdül müəllim isə dedi ki, mənim 1-ci səviyyə üzrə hazırlaşdırdığım uşaqlar belə deyil...”x9d

Hər kəslə bərabər təhsilxa0

Beləcə, müəllim seçimində də Günayın bəxti gətirib. O, təxminən 2 il ərzində Bakıdakı Rəsm Qalereyasında Əbdül müəllimdən dərs alıb. IX sinfi bitirdikdən sonra Əbdül müəllimlin tövsiyəsi ilə Günay kollecə imtahan verib. Bu zaman yalnız paytaxtdakı kolleclərin təsviri incəsənt ixtisasını yazıblar ki, Günayın Bakıda təhsil alması onun qabiliyyətinin daha tez üzə çıxmasına, tanınmasına, inkişafına, danışa bilməsinə əlavə imkanlar yaradar. Amma tale elə gətirib ki, onun imtahanda topladığı Bakıdakı kollecə daxil olması üçün kifayət etməyib. Növbəti il isə daha riskə getmək istəməyiblər, bu dəfə yalnız bölgələrdə yerləşən kolleclərin ixtisaslarını seçiblər. Həmin il Günay Ağdam Sosial-İqtisadi Kollecinin təsviri incəsənət ixtisasına daxil olub.xa0


Hazırda həmin kollecin III kurs tələbəsi olan Günay Məmmədli indi Bərdədən Ağdamın mərkəzi sayılan Quzanlı qəsəbəsinə özü sərbəst şəkildə gedib-gələ bilir. Anası Şükufə xanım deyir ki, yaxşı dərs keçən olsa, Günay indikindən daha yaxşı oxuyardı. Onun sözlərinə görə, Kollecə daxil olandan sonra Günayın həm nitqində, həm də ümumi inkişafında xeyli irəliləyiş müşahidə olunur: “Amma lap körpə yaşlarından onu Mingəçevirdəki loqopedin yanına aparsaydıq, indikindən də yaxşı olardı, I sinfə də vaxtında gedərdi. Çünki nitqində belə qüsurlar olan uşaqlar 14 yaşına qədər mütləq danışmalıdırlar. Yoxsa, nitqində, sözləri ifadə edəndə hansısa qüsurlar qalır. Hazırda az da olsa danışır, fikirlərini, demək istədiyini sözlərlə, sadə cümlələrlə başa salır, evdə, qohum-əqrəbanın yanında söhbət eləyir, yaxın adamlarla ünsiyyət qurur. Lakin çox utancaqdır, söz ehtiyatı azdır və bu iki amil onun daha yaxşı danışa bilməsinə maneçilik törədir. Bəzən əşyanın adını, yaxud sözün mənasını bilmir. Belə olanda evdəkilərdən əşyanın adını, yaxud sözün mənasını soruşur, biz də başa salırıq”x9d.

Eşitmə aparatı köməyə çatmasa...

Şükufə xanım deyir ki, hazırda Günayın əsas problemi eşitmə qabiliyyətinin olmamasıdır. Onun sözlərinə görə, Günay yalnız xüsusi aparatın köməyi ilə eşidir: “İldə təxminən 1000 manata bir aparat alırıq. Bu aparatın köməyi ilə eşidir, aparat xarab olanda heç nə eşitmir.xa0

Günayın zövqü də gözəldir, hər şeyi bəyənən deyil. Hətta orta məktəbdə sinif yoldaşları və ya müəllimlər geyim mağazalarına girərkən almaq istədikləri geyimlər barədə Günayın rəyini mütləq soruşur və seçimlərdə nəzərə alırdılar. Yaxud məktəbdə Günayın hansısa bir səhv hərəkət etdiyinə heç kəs inanmazmış. Çünki davranış və nəzakət qaydalarına son dərəcə həssasdır. Hətta küçədə bilməyərək toxunduğu şəxsə “Bağışlayın!”x9d deyərək üzrxahlıq edir.xa0


Günayın rəsm yaradıcılığına necə başlamasına gəlincə, Şükufə xanım deyir ki, onun ilk əl işlərindən biri kənd toyuna dair rəsm olub: “Hələ danışa bilməyən vaxtlarda kağızda nəsə cızma-qara eləyirdi. Bir dəfə kənddə toydan qayıdandan sonra həmin toyu kağızda təsvir elədi. Hətta qədim tikiliyə oxşayan evin bacası üzərinə quşun qonması, həyətin bir küncündə bağlı itin həyətdəki yad insanlara necə baxmasına qədər bütün detalları rəsmdə əks etdirmişdi. Bu şəkli götürüb apardım Bərdədə tanınmış rəssamlardan birinə göstərdim. Rəssam kağıza baxanda təəccübünü gizlədə bilmədi, dedi ki, buradakı bəzi xətləri heç Rəssamlıq Akademiyasının ən istedadlı tələblərinin bəzisi verə bilmir. Həmin rəssam dedi ki, bu uşağı gətir yanıma, bir az dərs alsın. Ora da apardım. Yəni orta məktəbdə rəssamlıq təhsili də alıb, buna görə sənədi də var”x9d.

Ugur gətirən əsərlər

Günay təxminən 7-8 yaşlarından rəsm çəkməyə başlayıb. Daha çox mənzərə və gül-çiçək rəsmləri, insan taleləri mövzusunda rəsmlər çəkir. Bir dəfə məşhur rəssamlardan biri Günayın çəkdiyi “Dağ mənzərəsi”x9d rəsmisinin ən azı 1200 manat qiymətinin olduğunu dedi. Hətta kiçik şəkillərdən böyük rəsmlər çəkir ki, bu da rəssamlıq sənətində ən çətin işlərdən hesab olunur. əvvəllər sulu boya ilə çəkirdi. İndi isə artıq yağlı boya ilə rəsmlər çəkməyə başlayıb. Hazırda onun 20-dək yüksək qiymətə satıla biləcək rəsmləri var.xa0


Günay Məmmədli gününü təhsil aldığı kollecdə müəllimlərin verdiyi ev tapşırıqlarını işləməklə, rəsm əsərləri çəkməklə keçirir. O, rəssamlıqla yanaşı modelyer sənətinə də xüsusi maraq göstərir. Onun geyim modalarını özündə əks etdirən rəsmləri də az deyil. Kollecə sənəd verərkən təsviri incəsənətlə yanaşı modelyer ixtisasını da yaza bilərmiş. Ancaq valideynləri o vaxt bundan məlumatsız olduğundan yalnız təsviri incəsənəti yazıblar. İndi Günay da, valideynləri də hər iki ixtisası seçməməyə görə təəssüflənirlər. Amma...

Xaricdən göndərilən medal, diplom və təşəkkürnamələr

Müntəzəm olaraq rəsm əsərlərinin sərgilərinə qatılmaq arzusunda olsa da, başına gələn xoşagəlməz bir hadisədən sonra belə tədbirlərə o qədər də maraq göstərmir. Söhbət ondan gedir ki, təhsil aldığı kollecin müəllimləri onun rəsmlərindən birini götürüb hansısa sərgiyə təqdim edib. Amma sərgi başa çatdıqdan sonra rəsm əsəri müəllifinə qaytarılmayıb. Sonradan isə müəllimlə bunu aydınlaşdırdıqda məlum olub ki, Günayın rəsm əsəri elə həmin sərgidəcə satılıb, pulunu isə kollecin hansısa ehtiyacının ödənməsinə xərcləyiblər.xa0


Bir dəfə isə təhsil aldığı Ağdam Sosial-İqtisadi Kollecin rəhbərliyi Günayın rəsm əsərlərindən birini Çexiyada təşkil olunan sərgiyə göndərib. Sərgidən sonra həmin ölkənin Bakıdakı səfirliyi məktəbin nümayəndələrini səfirliyə dəvət edərək Çexiya dövləti adından məktəbə qızıl medal təqdim ediblər.xa0

Bundan başqa, Validə xanım Günayın rəsmlərindən birini istəyərək Moskvada təşkil olunan sərgiyə göndərəcəyini deyib. Günay özü buna razı olmasa da anası onun rəsmlərindən birinin fotoşəklini çəkərək Moskvaya göndərib. Özü ilə yox, fotoşəkli ilə Moskvadakı sərgidə nümayiş olunan həmin rəsmə görə Günayın adına diplom göndərilib.xa0

Anası deyir ki, Günay ilk dəfə belə tədbirlərə hələ orta məktəbdə oxuyarkən qatılıb və ictimai baxışa çıxarılan bu rəsmə görə fəxri-fərmanla təltif olunub. Amma indiyədək öz əsərlərinin sərgisini keçirməyib və indi onun ən böyük arzusu Bakının ən məşhur mərkəzi ərazilərində sərgisini təşkil etmədir. Belə bir sərginin təşkili üçün isə nə özünün, nə də valideynlərinin imkanı çatdır.xa0

Həyat rəngləri

İndi Günay çox arzulayır ki, müvafiq dövlət orqanları onun rəsm əsərlərinin təşkilində maddi və təşkilati dəstək göstərsin. O, əmindir ki, özünün rəsm əsərlərindən ibarət sərgisini keçirə bilsə, bu sərgi vasitəsilə əsərlərinin bir çoxunu sata bilər. Bu isə onun bu sənəti daha da inkişaf etdirə bilməsi üçün yeni imkanlar açar, maddi sıxıntılarının aradan qaldırılmasına kömək edər. Çünki özü də bu peşəni davam etdirmək istəyir. Həvəsləndirmə tədbirləri lazımdır. Çünki çəkdiyi rəsmlərin qiymətləndirilmədiyini, satılmadığını gördükdə həvəsdən düşür. Bu isə danışığında və eşitmə orqanında problemləri olan Günayda inamsızlıq yaradır, sanki həyatdan küsməyə, özünə qapanmağa başlayır.


Danışma və eşitmə qüsuru olsa da, Günay kollecdə aldığı təhsilə görə nəinki tələbə yoldaşlarından geridə qalmır, əksinə, bütün semestr boyu yüksək hazırlığı ilə bir çoxlarını üstələyir. Anasının dediyinə görə, o, imtahanlara da özü hazırlaşır, bütün sualları və imtahan mövzularını imtahan başlanan günədək tam şəkildə öyrənir: “Dərslərə də, imtahanlara da özü hazırlaşır. Dərslərini oxuyanda mən də əlimə bir qaralam dəftəri götürüb otururam yanında. Çünki bilirəm ki, üzünə oxumağı bacarsa da, bəzi sözlərin mənasını başa düşmür, söz ehtiyatı çox azdır. Ona görə də o oxuduqca mənasını bilmədiyi sözləri, çətin ifadələri qaralamada qeyd edirəm. Oxuyub qurtarandan sonra həmin sözlərin mənasını ona izah edirəm”x9d.xa0

Günay Məmmədli hazırda II qrup əlil kimi cəmi 43 manat sosial müavinət alır. Anası deyir ki, Günayı həyata qaytaran adam Mingəçevirdəki loqoped müəllimi ”“ Kamil müəllim olub. Sonra isə Validə xanım da ona təkan verib. Şükufə xanım özü isə düz 3 ilxa0 müddətində - Günay VII-IX siniflərdə təhsil alarkən onun yazıb-oxumasına kömək etmək üçün onunla bir məktəbə gedib, bir partada oturub.xa0 IX sinfi bitirdikdən sonra kollecə daxil olub və hazırda 3-cü kursda təhsil alır. Dövlət orqanlarından isə heç bir qurum onun nə müalicəsinə, nə də təhsilinin təşkilinə yardım etməyib. Heç valideynləri də hansısa kömək üçün dövlət orqanlarına müraciət etməyib.xa0

Günayın özü ilə də söhbətləşdik. Deyir ki, rəssamlıqla məşğul olmaq onun üçün sadəcə məşğuliyyət deyil, daha çox peşədir ki, daim inkişaf etdirmək, üzərində çalışmaq, Azərbaycan mədəniyyətini və incəsəntini təbliğ etdirmək imkanıdır. Kollec təhsilindən, rəfiqələri ilə münasibətlərindən danışır. Kompyuterdə sərbəst işləməyi bacarır...

xa0O, əlindən gələni edir, həm özü üçün, həm də insənətin təbliği naminə ən yaxşı imkan kimi dəyərləndirdiyi rəssamlıq sənətinin gələcəyi üçün... İndi iş qalır lal-kar xəstəsi olan 19 yaşlı Günay Məmmədlinin bu istedad və bacarığını, rəssamlıq sənətinə olan məhəbbətini, çalışqanlığını qiymətləndirməli olan dövlət və ictimai qurumların münasibətinə, reaksiyasına...xa0(koordinat.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO