"Azərbaycan səfirliyində törədilən terror aktının arxasında İran hakimiyyəti durur" - Komitə sədri

Hazırda oxunan: "Azərbaycan səfirliyində törədilən terror aktının arxasında İran hakimiyyəti durur" - Komitə sədri

117464

“Azərbaycanın İrandakı səfirliyinə edilən hücum terror aktı və cinayətdir. Bunun arxasında İran hakimiyyəti dayanır və məsuliyyət daşıyır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

“Əminəm ki, Azərbaycanın tələbləri və İran hakimiyyətinin törətdiyi bu cinayətlərlə bağlı faktların ortada olması həmin cinayəti sifariş verənlərin və cinayətkarın, terror aktını törədənlərin cəzalandırılmasına gətirib çıxarmalıdır. Baş verən terror aktını dini cameə də qətiyyətlə pisləyir. Dövlət Komitəsi olaraq bunu lənətləyirik”, - o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO