Tehranda partlayan İsrail bombaları İrəvanda ÖLÜM SÜKUTU yaradıb – Ermənilər nədən qorxur?

Tehranda partlayan İsrail bombaları İrəvanda ÖLÜM SÜKUTU yaradıb – Ermənilər nədən qorxur?

Hazırda oxunan: Tehranda partlayan İsrail bombaları İrəvanda ÖLÜM SÜKUTU yaradıb – Ermənilər nədən qorxur?

117430

İranın hərbi obyektlərinə İsrail PUA-ları tərəfindən endirilən son zərəbələr bəzi ölkələri çətin duruma salıb. Bu ölkələrdən ən birincisi Ermənistandır. Hazırda Ermənistan İsrailin İrana məlum PUA hücumuna nə sevinə, nə də kədərlənə bilir. Hətta mövqe bildirmək bir yana, informasiya yaymaqdan belə ehtiyatlanır.

Çünki, “yuxarı baxır bığ, aşağı baxır saqqaldır”. Hücuma məruz qalan ermənilərin “can qardaşı”dır.

Buna görə gərəkdir ki, ermənilər üzülsün. Amma ermənilər üzgün ola bilmirlər. Səbəbsə sadədir. Çünki, hücum edən İsraildir. Və İsrail kimi dövlətə hansısa şəkildə etiraz bildirmək nə Ermənistan dövlətinin həddidir, nə də ki, erməni xislətinə “yaraşan” haldır. 

Elə həmin günlərdə Yerusəlimdə bir qrup azğın ermənini yerli sakinlər gücün dili ilə başa saldılar. Onların müqəddəs şəhərdə ağalıq etmək istəyi gözlərində qaldı. Polis də asayişi pozmağa cəhd edən pozucu hayları əzişdirib qanuna tabe olmağa məcbur etdi. 
 

MÖVZU İLƏ BAĞLI:

İrana “dronlar” necə atıldı? – GÜNÜN ŞƏRHİ


Vəziyyətin qəlizliyini hiss edən erməni mətbuatı dərhal qpınına çəkildi.

Ona görə də ötən gün “Armenpress” dən tutmuş “Sputnik Armenyia”, “Politik.am”, “Hraparak”-a qədər heç bir mətbuat orqanı hadisə barədə cüzi münasibət belə bildirmədi. Bəzi erməni mətbuatı hətta bu məlumatı yaymaqdan belə çəkindi. 

Halbuki, bir neçə gün əvvələ qədər erməni mətbuatı İranla bağlı palaz-palaz yazılar dərc edir, erməni-fars dostluğundan dəm vururdular. Amma İsrailin bir şapalağı ilə farslardan qabaq ermənilər “faraqat” vəziyyət halını aldılar. Bu da əslindən erməni xislətindən irəli gələn vəziyyətdir. Ermənilər heç zaman sona qədər sözlərini tutmayıblar, “dostlarına” axıra qədər sədaqətli olmayıblar. 

Qəribə burasıdır ki, son 2 gündə erməni mediasında Qarabağ və Azərbaycanla bağlı yazıların da sayı azalıb.

Bu da ona dəlalət edir ki, ermənilər fars-erməni dostluğunu unudub regionda baş verən prosesləri izləməyə başlayıblar. Əgər molla-fars rejimi bu vəziyyətdən az itki ilə çıxa bilsə, ermənilər yenə fəallaşacaq. Amma hələlik tülkü kimi marığa yatıblar, hadisənin hansı istiqamətə gedəcəyini nəzərdən keçirirlər. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO