Xameneiyə qarşı ÇEVRİLİŞ HAZIRLIĞI – İranı daxildən yıxmaq planı AKTİVLƏŞDİ

Xameneiyə qarşı ÇEVRİLİŞ HAZIRLIĞI – İranı daxildən yıxmaq planı AKTİVLƏŞDİ

Hazırda oxunan: Xameneiyə qarşı ÇEVRİLİŞ HAZIRLIĞI – İranı daxildən yıxmaq planı AKTİVLƏŞDİ

117376

İranda 4 aydır ki davam edən etirazlar bu rejimin artıq çürüdüyünü açıq şəkildə üzə çıxarmışdı. Lakin mollalar xarici düşmənlə mübarizə ideyasını ortaya atmaqla müəyyən qədər vəziyyətdən sıyrılmağa, daxili birliyi bərpa etməyə çalışırdı. Bu da nəticəsiz qaldı. 

Güclü, qüdrəti İran mifi bir gecənin içərisində yerlə bir oldu. Yanvarın 29-da saatlar içərisində ölkənin əsas hərbi-strateji obyektləri dron hücumları ilə darmadağın edildi. Molla rejimi və onların başını yediyi terrorçuları isə baş verənləri izləməkdən başqa nəsə edə bilmədi.

Bu durum həm dünya, həm İran xalqı, həm də Tehran rejimi daxilindəki müxalifətin qarşısında İsrail və ABŞ əlehinə başından böyük danışan mollaların acizliyini gözlər önünə sərdi.
 

MÖVZU İLƏ BAĞLI:

İrana “dronlar” necə atıldı? – GÜNÜN ŞƏRHİ


Molla rejiminin daxilindəki böhran

Onsuz da İranda son prezident seçkilərindən sonra durumun daha bərbad hala gələcəyi bəlli idi. İslahatçı Ruhani dönəminin yekunlaşması və Ali rəhbərin mühafizəkar əli-qanlı Rəisini hökumətin başına çıxarması mollaların daha da əmmamələrinə qısılacağını görməyə kifayət edirdi. Belə də oldu. İran rejimi daha da mühafizəkar davranmağa başladı. Nəticədə onsuz da 40 illik molla vaizlərdindən cana doyan xalq 4 aydır ki, küçələrdədi.

Xalqdan fərqli olaraq, İran hakimiyyəti içərisində də çatların yarandığı diqqətdən qaçmır. Avtoritar rejimlərin dağılma ərəfəsinə xas olan hakimiyyət böhranının ilk işartıları artıq parlamağa başlayıb. Belə ki, bir sıra ekspertlərin qənaətinə görə, İranda hücumları həyata keçirən dronlar elə ölkə ərazisindən havalanıb. Və mətbuatda yayılan iddialarda, hücumların təşkilinə SEPAH polkovniklərindən birinin də iştirak etdiyi qeyd olunur.

Bundan əlavə, molla rejiminin ilk illərində hakimiyyət davasında məğlub olaraq, yeraltına çəkilmiş İran Xalq Mücahidlər Təşkilatının (İXMT) adı da son günlərdə daha çox tələffüz edilir. 

Tarixçi alim Zaur Əliyevin sözlərinə görə, Təşkilatın dəstəkçiləri sırasında SEPAH, Ettelaat generalları ilə yanaşı ruhanilər və siyasi partiyalar da var:

“Eyni zamanda Xamenei ideyalarını üzdə qəbul edib, əslində sistemi dəyişməyə çalışan güclər İXMT üzvlərinin ölkəyə girişi üçün gömrük, sərhəd və sənədləşdirmə işlərini həyata keçirirlər. Təşkilat İsrail, ABŞ, Böyük Britaniya və Səudiyyə Ərəbistanı ilə sıx əlaqələrə malikdir”.

Bu dəfə Yasini mollalara oxuyacaqlar

Göründüyü kimi, İrana vurulan bir necə hava zərbəsi mollaların taxtını əməlli-başlı silkələməyə yetdi. Digər tərəfdən, Xameneinin ölüm ayağında olması xəbərləri də yenidən yayılmağa başlayıb. Xameneidən sonra Ali Rəhbərlik rejiminin davam etdirilməsi isə indiki situasiyada müşkül görünür.

Xatırlatmaq yerinə düşər ki, Xomeyninin ölümündən sonra da oxşar vəziyyət yaranmışdı. Lakin həmin vaxtda dünyanın başı sosializmin çöküşünə və dünyanın yenidən bölüşdürülməsinə qarışmışdı deyə, mollalar fürsətdən yararlana bildilər. 

Bu dəfə də dünyada vəziyyət elə ötən əsrin son iki onilliyinin kəsişməsini xatırladır. Lakin indi mollalar diqqətdən kənarda deyillər. Xüsusilə də, Rusiyaya dron göndərib, dünyanı nüvə silahı ilə hədələyəcək duruma gəldiklərini nəzərə alsaq, İranın əvvəlki kimi şirlə ayının güləşməsindən istifadə edib, tülkü kimi aradan çıxa bilməyəcəyini deyə bilərik. 
Heç Xamenei öz əcəli ilə ölməsə belə, İranın manevr imkanları məhduddur. Əgər aktiv savaşa qoşulsalar, məğlubiyyət qətidir. Müharibədən qaçmağa çalışsalar (az ehtimal olsa da) daxili və xarici təzyiqə dözəcək taqətləri qalmayıb, ələxsus da yaratdıqları mifin dağılmasından sonra...

Murad Əhmədov, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO