Son günlərdə regionumuzda gərginlik pik həddə çatıb. Yanvarın 27-də Tehrandakı səfirliyimizdə törədilən terror aktı, eyni gündə İsraildə İran dəstəkli qruplaşmaların dinc əhaliyə hücumu Yaxın Şərqi növbəti savaşın astanasına gətirib.
Yanvarın 28-i və 29-da gecə saatlarında İranın əsas hərbi-strateji obyektlərinə edilən hava hücumlarında İsrailin adının hallanması bu iki ölkə arasında savaşın baş vermə ehtimalını maksimuma çatdırıb.
Bəs, regionda artan gərginlik hansı nəticələri doğura bilər?
MÖVZU İLƏ BAĞLI:
İrana “dronlar” necə atıldı? – GÜNÜN ŞƏRHİ
Mövzu ilə bağlı fikirlərini bölüşən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib ki, İsrailin İranla müharibəsi artıq reallıqdır:
“Artıq İsraili dəstəkləyən Qərb koalisiyası yaradılır. Ərəb ölkələrindən ibarət koalisiya da formalaşma mərhələsindədir. Azərbaycan-Türkiyə tandemindən bu anti-İran qüvvələrinə dəstəyin dərəcəsi Tehranın Azərbaycana qarşı hansı kursu seçməsindən asılıdır”.
Eks nazir baş verənlərin Azərbaycana və Ermənistana mümkün təsirlərindən də söz açıb:
“Qərbdəki antiazərbaycan və antitürk qüvvələr bu tendensiyanı dəyişmək məcburiyyətində qalacaqlar. Anna Akopyan artıq İrana səfər etməyəcək. İranın Zəngəzurdakı konsulluğu yaxın vaxtlarda bağlanacaq”.
Murad Əhmədov, Bizim.Media