Şəhid Orxan Əsgərovun cənazəsini daşıyan təyyarə Bakıya endi - YENİLƏNİB

Şəhid Orxan Əsgərovun cənazəsini daşıyan təyyarə Bakıya endi - YENİLƏNİB

Hazırda oxunan: Şəhid Orxan Əsgərovun cənazəsini daşıyan təyyarə Bakıya endi - YENİLƏNİB

117299

Şəhid Orxan Əsgərovun cənazəsini və səfirlik əməkdaşlarını daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı informasiya Telegram kanallarında yer alıb.

***20:58

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olmuş Orxan Əsgərovun cənazəsi Tehrandan Bakıya yola salınıb.

Bizim.Media xəbər verir ki, səfirliyin təxliyə olunmuş əməkdaşları, onların ailə üzvləri, eləcə də hücum zamanı səfirliyin yaralanmış iki əməkdaşı təyyarə ilə Bakıya yola düşüb.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.

Bizim.Media
 

 



 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO