SON DƏQİQƏ! Azərbaycan Səfirliyinə hücum edən terrorçunun sifarişçisi açıqlandı — FOTO

SON DƏQİQƏ! Azərbaycan Səfirliyinə hücum edən terrorçunun sifarişçisi açıqlandı — FOTO

Hazırda oxunan: SON DƏQİQƏ! Azərbaycan Səfirliyinə hücum edən terrorçunun sifarişçisi açıqlandı — FOTO

117218

Ötən gün Tehranda Azərbaycan Səfirliyinə silahlı hücum edən terrorçunun İran xüsusi xidmət orqanları tərəfindən hazırlanması barədə sensassion faktlar ortaya çıxıb.

Bizim.Media Demokrat.az-a istinadən xəbər verir ki, Güney Azərbaycan Milli Hərakatının fəalı, hazırda Kanadada yaşayan hüquqşünas Haqan Türkelli sözügedən terror aktının şəxsən Tehranın polis rəisi, SEPAH zabiti Əhməd-Rza Radanın əmri ilə törədildiyini bildirib.


Daha sonra Haqan Türkelli deyib: "Tam etibarlı mənbədən aldığım məlumata görə, ötən gün səhər Tehranda Azərbaycan Səfirliyinin mühafizəsinə təhkim olunmuş bütün polis əməkdaşlarına "müdaxilə etmə" tapşırığı verilib.

Özü də bu əmr Tehranın polis rəisi Əhməd-Rza Radadan gəlib. Dünən Azərbaycan Səfirliyinin qapısında dayanan polislər hadisə baş verən ərəfədə təqribən 30 dəqiqə geri çağırılıb, onlara "bu, SEPAH-ın təlimatıdır" deyilib.


Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub.

Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO