Niderland və BƏƏ XİN-dən Tehrandakı səfirliyə hücuma REAKSİYA

Niderland və BƏƏ XİN-dən Tehrandakı səfirliyə hücuma REAKSİYA

Hazırda oxunan: Niderland və BƏƏ XİN-dən Tehrandakı səfirliyə hücuma REAKSİYA

117052

Niderland Krallığının Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyə hücumu pisləyib. 

Bizim.Media xəbər verir ki, bu barədə XİN-nin rəsmi “Twitter” hesabında paylaşım edilib. 

“Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu pisləyirik. Diplomatik nümayəndəliklərə və şəxsi heyətə qarşı hər hansı hücum tamamilə qəbuledilməzdir. Şəhid olanın ailəsinə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik”, - deyə paylaşımda deyilir. 
Həmçinin, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycanın İrandakı Səfirliyi də törədilən terror aktını kəskin şəkildə pisləyib və bununla bağlı bəyanat yayıb. 

“BƏƏ bu cinayət əməllərini qətiyyətlə pisləyir və təhlükəsizlik, sabitliyə xələl gətirməyə yönəlmiş hər cür zorakılıq və terrorizmi rədd edir”, - deyə bəyanatda bildirilir. 

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO