İraq səfirliyi Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı ilə bağlı başsağlığı verir.
Bu barədə Bizim.Media-ya İraqın Azərbaycandakı Səfirliyindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan Azərbaycanın İrandakı səfirliyinə terror HÜCUMUNU QINADI
Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs saxlanılıb.
Bizim.Media