Diplomatik BÖHRAN başladı - İranın Azərbaycandakı səfirliyi də BAĞLANIR? - AÇIQLAMA

Diplomatik BÖHRAN başladı - İranın Azərbaycandakı səfirliyi də BAĞLANIR? - AÇIQLAMA

Hazırda oxunan: Diplomatik BÖHRAN başladı - İranın Azərbaycandakı səfirliyi də BAĞLANIR? - AÇIQLAMA

117012

Azərbaycanın İrandakı səfirliyinə hücumun həyata keçirilməsi iki ölkə arasında diplomatik böhranla nəticələnib. Artıq Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvlərinin təxliyə olunması həyata keçirilir. Səfirliyin nə zaman yenidən bərpa olunacağı bilinməsə də, İran-Azərbaycan arasındakı diplomatik əlaqələrin vəziyyəti hələki gərgindir.

Maraqlıdır, məlum proseslər İranın Azərbaycandakı səfirliyinin də fəaliyyətinə təsir edə bilərmi?

Milli Məclisin deputatı, politoloq Arzu Nağıyev Bizim.Media-ya açıqlamasında deyib ki, İranın Azərbaycandakı səfirliyinin bağlanması iki ölkə arasındakı diplomatik müasibətlərlə bağlıdır:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan MÜXALİFƏTİ: “Səfirliyimizə hücum İranın anti-Azərbaycan siyasətinin nəticəsidir”


“Çox güman ki, terror aktı tam araşdırılandan sonra həm Azərbaycan, həm də İran Xarici İşlər Nazirliyi bu məsələyə qərar verəcəklər. Hesab edirəm ki, bu istiqamətdə hazırda müvafiq işlər aparılır”.

Arzu Nağıyevin sözlərinə görə İran baş vermiş hadisəni ciddi araşdırmalı, səbəbi ilə bağlı Azərbaycana hesabat verməlidir:

“Azərbaycanın İrandakı səfriliyində baş vermiş hadisə birmənalı olaraq terror aktıdır. Burada kalaşnikov avtomatından istifadə olunursa, əldə olunan videolar və materillar da göstərir ki, həmin terroristin məqsədi insan öldürmək olub.

Ən ağır məsələ isə odur ki, bir nəfər dünyasını dəyişib, iki nəfər isə yaralanıb. Diplomatik nümayəndəmizin əməkdaşı Orxan Əsgərovun şəhid olması ilə əlaqədar mən də onun ailəsinə və yaxınlarına başsağlığı verirəm.

Zənnimcə, terror hadisəsi ilə bağlı bir neçə istiqamətdə araşdırma aparılmalıdır. Birincisi, İran xüsusi xidmət orqanları ilə birlikdə Azərbaycan tərəfi də araşdırma  prosesində iştirak etməldir.

İran dövləti bunu tək araşdırmamalı və terror hadisəsinə cavab verməlidir. İran 3 fevral 1965-ci ildən, Azərbaycan isə 1992-ci ildən Vyana Konvensiyasının üzvüdür. Ora Azərbaycan ərazisidirsə, mütləq şəkildə İran tərəfindən qorunmalıdır.
Digər məsələ isə ondan ibarətdir ki, terror aktı baş verməklə bərabər İranla Azərbaycan arasında olan bu günkü gərgin münasibətin daha da pisləşməsinə çalışan bir sıra dövlətlər ola bilər. İranın Azərbaycandakı səfirliyi burada ciddi mühafizə altına alınmalıdır. Çünki bunlara qarşı da digər bir qurumun törətdiyi əməllər acı nəticələrə səbəb ola bilər”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO