Azərbaycan MÜXALİFƏTİ: “Səfirliyimizə hücum İranın anti-Azərbaycan siyasətinin nəticəsidir”

Azərbaycan MÜXALİFƏTİ: “Səfirliyimizə hücum İranın anti-Azərbaycan siyasətinin nəticəsidir”

Hazırda oxunan: Azərbaycan MÜXALİFƏTİ: “Səfirliyimizə hücum İranın anti-Azərbaycan siyasətinin nəticəsidir”

116998

Tehranda baş verən terror hadisəsi həm ölkəmizdə, həm də Beynəlxalq aləmdə hiddətlə və qətiyyətlə pislənir.

Bəs, bu qanlı hadisəyə Azərbaycandakı müxalif partiyaları hansı münasibət sərgiləyib?

İlkin olaraq Musavat Partiyası ilə əlaqə saxladıq. Partiyanın sədri Arif Hacılı Bizim.Media-ya bildirdi ki, bu hadisə son illər rəsmi Tehranın apardığı anti-Azərbaycan təbliğatının, İran-Ermənistan “qardaşlığının” və İran-Ermənistan iş birliyinin məntiqi nəticəsidir:

“Musavat partiyası olaraq biz bu hadisənin təşkilatçılarını qətiyyətlə pisləyirik. Və ümid edirik ki, bütün sivilizasiya bu cinayətə öz prinsipial mövqeyini bildirəcək. Çünki, İranın tutduğu siyasi kursu bütün dünya yaxşı bilir.
 

MÖVZU İLƏ BAĞLI:

İran Xüsusi Xidmət orqanları CAVAB VERMƏLİDİR: “Ya suçlunu tapacaq, ya da suçlu qalacaq” - REAKSİYA 


Ona görə də bu cinayət cavabsız qalmamalıdır. Əminəm ki, Güneyli, Quzeyli Azərbaycan bu cinayətə qarşı öz sözünü deyəcək. Terrorçunun arxasında dayananların ifşa olunması və layiqli cəza alması üçün bütün azərbaycanlılar səfərbər olacaq”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynov bildirdi ki, istənilən halda bu İİR adlanan dövlətin anti-Azərbaycan kampaniyasının və təxribatlarının nəticəsidir:

“Bu düşmənçilik hərəkətidir. Azərbaycan Xalq Partiyası olaraq məhz bu səbəblərə görə Tehrandakı səfirliyimizə edilən silahlı hücum hadisəsini hiddətlə və qətiyyətlə pisləyirik. Bu terrorun arxasında İranın anti-Azərbaycan siyasi kursunun dayanması bizdə heç bir şübhə doğurmur. Səbəb budur və bütün məsuliyyət rəsmi İranın üzərinə düşür”.

REAL Partiyasının sədr müavini Natiq Cəfərli isə bildirdi ki, Tehrandakı səfirliyimizə bugünkü silahlı basqın son 6 ayda Azərbaycan səfirliklərinə qarşı Londonda, Beyrutda, Parisdə və Vaşinqtonda edilən təxribatlarla bir yerdə götürüldükdə təhlükəli tendensiya haqqında xəbər verir:

“Xarici dövlətlər Azərbaycan diplomatik missiyalarının qorunmasını gücləndirməli, indiyədək təxribatlarda iştirak edənləri layiqli şəkildə cəzalandırmaqla yanaşı, onlar arasında əlaqələndirmə əlamətlərini axtarılmalı, müəyyən etdikdə isə Azərbaycan hökumətinə və geniş ictimaiyyətə açıqlamalıdır.

Bugünkü basqında həyatını itirmiş mühafizə rəisi Orxan Əsgərovu dərin hüznlə anırıq, yaralanan əməkdaşlara tezliklə sağalmağı arzulayırıq”.
Ağ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, Ağ Partiya artıq öz bəyanatını yayıb. Bunu birmənalı olaraq terror aktı kimi qiymətləndiririk:

“Burda hansısa şəxsi zəmində hesablaşmadan söhbət gedə bilməz. Çünki, bir ilə yaxındır ki, İran dövləti Azərbaycana qarşı açıq düşmənçilik siyasəti yürdüdür. Bu terror hadisəsi də həmin siyasətin bir parçasıdır. İran rəsmilərinin-yəni SEPAH-ın, dini liderlərin təhdidlərinin əyani sübutu məhz  bu hadisədir. Bunun ikinci izahı yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO