“İlk öncə demək istəyirəm ki, millətimizin, dövlətimizin başı sağ olsun. Hadisəni Güney Azərbaycan milli hərəkatı adına və İrandakı Azərbaycan Mərkəz Partiyası adına lənətləyirəm. Bu vaxta qədər müsəlman bir ölkənin başqa müsəlmən bir ölkəsindəki səfirlik və konsulluğuna qarşı silahlı hücum olmamışdır”.
Bu fikirləri Bizim.Media-ya müsahibəsi zamanı İrandakı Azərbaycan Mərkəz Partiyasının sözçüsü Aslan Sultani deyib.
O qeyd edib ki, proseslər araşdırılana qədər kimin günahkar olduğunu və terror hadisəsinin altında kimin imzası olduğunu söyləmək çətin olsa da, İran təhlükəsizliyi qorumamaq adına günahkardır və özünə haqq qazandıra bilməz.
“İran dövlətinin, İran rejiminin hadisədə əli belə olmasa səhlənkarlığı, diplomatik korpusu qoruya bilməməsi qəbuledilməzdir. Buna görə də, İran üzr istəməlidir. Hər bir ölkədə konsulluq və səfirlik qorunmalıdır. Ölkənin legitim torpağına hücum etmək həmin ölkəyə hücum etmək kimi sayılır. Bunun əmr edicilərini mütləq tapmaq lazımdır.
Təbii ki, hələ ki, ehtimallar var. Əminəm ki, Azərbaycanın güc strukturları da araşdırmalar aparacaq. Azərbaycan dövləti gücləndikcə belə hallar yaranacaqdır.
Bu addım da siqnal idi. Azərbaycanın xaricdəki nümayəndəlikləri gücləndirilməlidir. Çünki Azərbaycan dövləti güclənir. Bu hallarla rastlaşan ölkələr də, hər zaman güclənməkdə olan ölkələr olur. Bir daha millətimizin və dövlətimizin başı sağ olsun”, - deyə A.Sultani əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:43 / 27.01.2023
İrandakı Azərbaycan Mərkəz Partiyasının sözçüsü Aslan Sultani: “İran üzr istəməlidir” - ÖZƏL
Hazırda oxunan: İrandakı Azərbaycan Mərkəz Partiyasının sözçüsü Aslan Sultani: “İran üzr istəməlidir” - ÖZƏL
Hazırda oxunan: İrandakı Azərbaycan Mərkəz Partiyasının sözçüsü Aslan Sultani: “İran üzr istəməlidir” - ÖZƏL
116987
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.