Səfirliyimizin əməkdaşı hücum edən şəxsi belə zərərsizləşdirdi – VİDEO  

Səfirliyimizin əməkdaşı hücum edən şəxsi belə zərərsizləşdirdi – VİDEO  

Hazırda oxunan: Səfirliyimizin əməkdaşı hücum edən şəxsi belə zərərsizləşdirdi – VİDEO  

116963

Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı daha bir video yayılıb.  

Bizim.Media xəbər verir ki, görüntülərdə mühafizəçinin terroristi zərərsizləşdirdiyi anlar öz əksini tapıb. 

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, terrorçunu zərərsizləşdirən səfirlik əməkdaşı Vasif Tağıyev olub. 

Qeyd edək ki, Azərbaycan Prezidenti Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını açıqlayıb. 

Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.
 

Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Həmin görüntüləri təqdim edirik: 
 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO